«Sahibləri icazə vermir»
Anait Sinanyan: «Qarabağa görə biz Ermənistanı itirə bilərik»
Vahan MARTİROSYAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni həmsədr Vətəndaş Sülh Platformasından qovuldu
Novella Cəfəroğlu: «İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirsə, biz nə edək?»
-
Altunyan Alxanlıda
Moskvadan gələn erməni qadın Zəhranın və nənəsinin məzarını ziyarət etdi
-
Daha bir Bakı ermənisi Azərbaycana qayıtdı
Oksana Altunyan: «Sadə insanlardan heç kim müharibə istəmir, heç kimə lazım deyil ki, oğulları həlak olsun»
-
«Qotur qoyun ...»
Qazax politoloqu erməni xüsusi xidmət orqanları və Vahan Martirosyan haqda ...
-
Rusiya ilə danışıqlar aparılır
Ermənistan-Azərbaycan Sülh Platformasından yenilik
-
Yoldaşının ayağının altından stulu itələyən qəhrəmanlar...
Liza Caqaryan: «... siz, kimin həyatı hesabına Bakıda çay içmək istəyirsiniz?»
-
«Yazıçı Arakelyan Tələt Paşa kimi öldürüləcək»
«Bakı sülh platforması» Sərkisyan rejiminin dayaqlarını laxladır
-
Erməni ziyalıları rejimə qarşı
Rəssam Xaçaturyan: «Sərkisyan canidir və onu ömürlük həbs gözləyir»
-
«Qalib Azərbaycandır, Ermənistan yox»
«25 il ərzində vətəndaşlarımızı aldadıblar»
-
«Qarabağ münaqişəsi Ermənistan üçün faciəyə çevrildi»
Daha bir erməni Bakı deklarasiyasını dəstəklədi
-
«Sonsuzluğa qədər düşmənlik mümkün deyil»
Daha bir erm'ni Bakı deklarasiyasını dəstəklədi
-
Ermənistan hakimiyyətində xor məşğələləri
Sərkisyanın təbəələri bir ağızdan Ter-Petrosyanın sülh çağırışına reaksiya verir
-
«Əhalini açıq-aşkar talayırlar»
Vaahn Karapetyan: «Gec-tez Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa edəcək»
-
«Müharibə, yoxsa sülh?»
Levon Ter-Petrosyanın sensasion və tarixi sülh çıxışı
-
Ter-Petrosyan müharibəyə qarşıdır
Ermənistanın sabiq prezidentinin də «Sülh Platforması» var
-
Gürcü diplomatdan deklarasiyaya dəstək
NATO-dakı sabiq təmsilçi Bakı platformasına qoşuldu
Dünən ictimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları «Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma»nı dəstəkləyib və imzalayıb.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, ASinanyan Nyu-Yorkda yaşayır, hüquq üzrə mütəxəssisdir, 2016-cı ilin yayında ABŞ-dakı Ermənistan səfirliyinin qarşısında siyasi məhbusların hüquqlarının müdafiəsi üçün təşkil olunmuş aksiyalarda fəal iştirak edib.
A.Sinanyan virtualaz.org-un xüsusi müxbirinin suallarını cavablandırıb:
- Necə oldu ki, Bakı platformasına qoşuldunuz və onun haqqında nə bilirsiniz?
- Baxmayaraq ki, artıq yeddi ildən artıq müddətdə Ermənistanda yaşamıram, vətənimdə baş verənləri hər zaman diqqətlə izləyirəm, ölkəmin taleyinə aid olan ictimai aksiyalarda iştirak edirəm. Yayda dostlarımla burada, Amerika Birləşmiş Ştatlarında «Sasna Tsrer»dən olan siyasi məhbusların dəstəklənməsi və Serj Sərkisyanın istefası tələbi ilə bir neçə piket təşkil etmişdik.
Bakı platforması barədə Yerevandakı dostlarımdan eşitdim. KİV-dən istifadə etməklə deklarasiyanı sözbəsöz öyrəndim və anladım ki, o, problemin tezliklə həllinə yönəlib. Bu problem az qala 30 ildir ki, ölkəmi uçuruma aparır. Mənim burada həm erməni, həm də azərbaycanlı dostlarım var.
Əmim qızının həyat yoldaşı azərbaycanlıdır, yaxın rəfiqəm – azərbaycanlıdır, buna görə də, öz misalımda deyə bilərəm ki, Ermənistanda haqqında çox danışılan düşmənçilik süni olaraq yaradılıb və əsrlər boyunca Qafqazda sülhün bərqərar olmasını istəməyənlər tərəfindən dəstəklənir.
- ABŞ-dakı ermənilərdən çoxu sizin fikirlərinizi bölüşür?
- Əlbəttə. Başa düşürsünüzmü, buradan, uzaqdan biz hər şeyi Ermənistanda olduğundan daha yaxşı görə bilirik. Yoxsulluq, kriminal, teleekranlardan və qəzetlərdən yağan yalan öz ölkəsində yaşayan ermənilərə rasional və ayıq başla düşünməyə imkan vermir. Onları sanki zombiləşdiriblər və hərbi yoldan başqa Qarabağ münaqişəsinin həllinin olmadığına inanmağa məcbur ediblər.
Lakin aprel müharibəsi göstərdi ki, hərbi hərəkətlər hara qədər aparıb çıxara bilər: Qarabağa görə biz Ermənistanı itirə bilərik. Bu qədər gənclər həlak oldular, onların hamısı Sərkisyanın vicdanındadır. Mən Gümrüdən (Leninakandan) qadın tanıyıram, onun oğlu apreldə həlak olub, həmin qadın açıq şəkildə bildirir ki, oğlunu Azərbaycan yox, Serj Sərkisyan öldürüb, çünki ölümə göndərib.
- Necə düşünürsünüz, nəyə görə Sərkisyan münaqişənin sülh yolu ilə həllinə qarşı çıxır?
- Birincisi, bununla o, ciblərini doldurur, ikincisi isə, sahibləri icazə vermir.
- «Sahibləri» deyərkən kimi nəzərdə tutursunuz?
- Əlbəttə ki, Rusiyanı. Sərkisyan Rusiyan rəhbərliyinin əlində oyuncaqdır. Özü də bunu gizlətmir.
- Anait, Bakı platformasına qoşulanları sonradan təqib edirlər, hədələyirlər. Onlara qoşulmaq sizi qorxutmur ki?
- Mən bu təşəbbüsə ona görə qoşulmuşam ki, bunu mənə düşüncəm və ürəyim diktə edir. İstəyirəm ki, uşaqlarım ölkəmi inkişaf etmiş, güclü görsünlər. Buna qarşı çıxanlar isə cinayətkarlardır.