Erməni həmsədr Vətəndaş Sülh Platformasından qovuldu
Novella Cəfəroğlu: «İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirsə, biz nə edək?»
Etibar SEYİDAĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hakimiyyət siyasi məhbus məsələsini qapadır
«Bir dəfə bu addımı atıb Avropa Şurasına daxil olduq, indi də ...»
-
Əfvin imzalanacağı tarix dəqiq deyil
«Prezidentin səlahiyyətində olan məsələdir»
-
Altunyan Alxanlıda
Moskvadan gələn erməni qadın Zəhranın və nənəsinin məzarını ziyarət etdi
-
Daha bir Bakı ermənisi Azərbaycana qayıtdı
Oksana Altunyan: «Sadə insanlardan heç kim müharibə istəmir, heç kimə lazım deyil ki, oğulları həlak olsun»
-
«Təhsil mülkiyyətidirmizdir»
Novella Cəfəroğlu: «Azərbaycanın zəif cinsin nümayəndələri üçün böyük şansdır ki, birinci vitse prezidentimiz qadındır»
-
«Qotur qoyun ...»
Qazax politoloqu erməni xüsusi xidmət orqanları və Vahan Martirosyan haqda ...
-
Rusiya ilə danışıqlar aparılır
Ermənistan-Azərbaycan Sülh Platformasından yenilik
-
Yoldaşının ayağının altından stulu itələyən qəhrəmanlar...
Liza Caqaryan: «... siz, kimin həyatı hesabına Bakıda çay içmək istəyirsiniz?»
-
«Yazıçı Arakelyan Tələt Paşa kimi öldürüləcək»
«Bakı sülh platforması» Sərkisyan rejiminin dayaqlarını laxladır
-
Erməni ziyalıları rejimə qarşı
Rəssam Xaçaturyan: «Sərkisyan canidir və onu ömürlük həbs gözləyir»
-
«Qalib Azərbaycandır, Ermənistan yox»
«25 il ərzində vətəndaşlarımızı aldadıblar»
-
«Qarabağ münaqişəsi Ermənistan üçün faciəyə çevrildi»
Daha bir erməni Bakı deklarasiyasını dəstəklədi
-
«Sahibləri icazə vermir»
Anait Sinanyan: «Qarabağa görə biz Ermənistanı itirə bilərik»
-
«Sonsuzluğa qədər düşmənlik mümkün deyil»
Daha bir erm'ni Bakı deklarasiyasını dəstəklədi
-
Ermənistan hakimiyyətində xor məşğələləri
Sərkisyanın təbəələri bir ağızdan Ter-Petrosyanın sülh çağırışına reaksiya verir
-
«Əhalini açıq-aşkar talayırlar»
Vaahn Karapetyan: «Gec-tez Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa edəcək»
Dekabrın 25-də Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib. Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vətəndaş Sülh Platformasının həmsədri Rövşən Rzayev gündəlikdə olan məsələləri təqdim edib.
Gündəlikdə duran ilk məsələ-Vətəndaş Sülh Platforması Katibliyinin rəhbərinin dəyişdirilməsi olub. Katibliyinin koordinatoru Orxan Nəbiyev xaricdə təhsilini davam etdirməsi səbəbindən onun bu vəzifədən azad olunması, lakin Vətəndaş Sülh Platformasının «Ekspertlər Şurası»na üzv olması haqqında xahişi müzakirə edilib. Vətəndaş Sülh Platformasının katibliyinin koordinatoru vəzifəsinə D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyevanın namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra İdarə Heyəti Orxan Nəbiyevin Katibliyin koordinatoru vəzifəsindən azad olunması və Platformanın Ekspertlər Şurasının üzvü, Dilarə Əfəndiyevanın isə Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru vəzifəsinə təyin olunması haqqında qərar qəbul edib.
Daha sonra gündəlikdə duran ikinci məsələ-Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının erməni həmsədri Rafael İsaxanyanın oktyabrın 30-da Tiflisdə keçirilən təsis qurultayında qəbul edilmiş Nizamnaməyə təklif etdiyi əlavə və dəyişiklikləri və onun həmsədr olduğu müddətdə Vətəndaş Sülh Platformasının prinsiplərinə zidd hərəkətləri İdarə Heyətində geniş müzakirə edilib. Müzakirə zamanı bildirilib ki, nizamnamənin 6.5-ci maddəsinə əsasən əlavə və dəyişikliklər yalnız Vətəndaş Sülh Platformasının Qurultayı tərəfindən edilə bilər. Həmçinin qeyd olunub ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvü nizamnamənin 5.10-cu maddəsinə uyğun olaraq Vətəndaş Sülh Platformasının adına, məqsədlərinə və prinsiplərinə zidd hərəkətə yol verdikdə onun üzvlüyünə xitam verilir.
Platformanın həmsədri Rövşən Rzayev İsaxanyanın nizamnamənin qeyd olunan bəndini pozduğuna görə onun üzvlüyünə xitam verilməsi məsələsinə İdarə Heyətinin münasibət bildirməsini xahiş edib. Yaranmış vəziyyət və təqdim olunmuş faktlar ətraflı müzakirə edilib və Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri və Vətəndaş Sülh Platformasının üzvlüyündən xaric edilib.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin yeni həmsədri vəzifəsinə İdarə Heyətinin üzvü Artur Ağacanovun namizədliyi təklif olunub. A. Ağacanovun namizədliyi müzakirə edilib və o, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri seçilib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı «Facebook»da səhifəsində qeyd edib ki, Sülh Platformasındakı daha bir erməninin-İsaxanyanın Azərbaycan əleyhinə hərəkəti artıq hər şeyi deyir: «Bizim dediklərimiz bir daha özünü doğrultdu. «Sülh Platforması»nın erməni həmsədri Rafael İsaxanyan televiziyada çıxış edərək bildirib ki, onu guya azərbaycanlılar aldadıb platformaya qoşublar, hələ bir sədr də seçiblər. Azərbaycanın ünvanına da ağzına gələni danışıb və xüsusi olaraq vurğulayıb ki, azərbaycanlılar Dağlıq Qarabağ adında yeri unutsunlar, ora artıq onların deyil. Bizimkilər də onu dərhal iclas çağırıb xaric eləyiblər, yəni atasına od vurublar. Yerinə də Ukraynada yaşayan Artur Ağacanov adında birisini seçiblər. Bu Artur deyir ki, mən erməni deyiləm, albanam, bərk vuranda deyir ki, ümumiyyətlə, azərbaycanlıyam. Bütün bu biabırçılıqdan sonra, görəsən, bu «sülh platforması»nı yenə də davam etdirəcəklər?»
Novella Cəfəroğlu isə bildirib ki, Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasına qoşulmaq üçün özü müraciət edibmiş: «Biz haradan biləydik ki, o, bir müddət sonra Sülh Platformasının nizamnamə tələbini pozan mövqe sərgiləyəcək. Bu cür davranış nümayiş etdirdi və İdarə Heyəti də üzərinə düşəni edərək onu üzvlükdən xaric etdi. İsaxanyan iş adamıdır. Məncə, ona Ermənistan hakimiyyəti tərəfindən təsir və təzyiqlər olub. İsaxanyan Azərbaycana 2003-cü ildən əvvəl gəlib-gedib. «Sülh Platforması»na üzv olduqdan sonrakı dövrdə İsaxanyan Azərbaycana gəlməyib. Özləri gəlir, biz onları məcbur gətirməmişik. Nizamnamədə Azərbaycanın ərazi bütövlüyünə toxunmamaq yazılıb. Kim onu qəbul edir «Sülh Platforması»na qəbul edilir, qəbul eləməyən və ya nizamnamənin o tələbini pozanlar isə üzvlükdən xaric ediləcək. Martirosyan və ya İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirlərsə, biz nə edək. Onlara ölkələrindən təzyiq edilir, biz o təzyiqlərin qarşısını ala bilmərik axı. Akif Nağıya isə cavabım budur ki, mən sülh tərəfdarıyam. İstəyirəm ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək. Mən Azərbaycanın ərazi bütövlüyünü istəyirəm. Biz beynəlxalq təşkilatlara, dünyaya sübut etməliyik ki, biz sülh istəyirik. Ermənistan hakimiyyəti sülh istəyən vətəndaşlarına qarşı təzyiqlər edirsə, bu bir daha onun nümayişi olacaq ki, Ermənistan dövləti sülh istəmir. Akif Nağı ermənilərin Kəlbəcərdə zavod tikməsi barədə yazsın. Yazsın ki, niyə dünya birliyi, BMT, böyük dövlətlər Ermənistanın bütün beynəlxalq normaları ayaq altına almasına münasibət bildirmir. Akif Nağıya mən deyirəm ki, sən niyə müharibə istəyirsən?! Heç vaxt deməmişəm. Akif Nağı müharibə istəyir, mən sülh istəyirəm. Sülhü istəyirəm ki, gənclərimiz qurban getməsin».
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması 30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən birinci qurultayda təsis edilib. Qurultayda 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb. Qurultay «Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması»nın İdarə Heyəti üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupuna üzv ölkələrin təmsilçilərindən formalaşması və tərkibin 19 nəfərdən ibarət olması haqqında qərar qəbul edib. Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.