Ermənistan hakimiyyətində xor məşğələləri
Sərkisyanın təbəələri bir ağızdan Ter-Petrosyanın sülh çağırışına reaksiya verir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Xalqa atəş açır
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
-
Yeni detal nədir?
Sərkisyanın istefasından keçən 1 ildə ...
-
“Təqib olunmaq maniyası”
Eks-prezident Ter-Petrosyan da istintaqda dindirəcək
-
Petrosyanın maraqlı mühafizəsi ...
Eks-prezident tələbəsini həm qoruyur, həm də...
-
“Heç kimə bəlli deyil”
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
-
“Axsaq atın kor nalbəndidir”
Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi
-
Ter-Petrosyan hakimiyyətə gəlir
Köçəryanın azad olunması çətinləşir
-
Köçəryana qarşı ifadələr?!
İrəvanda yüksək vəzifəli məmurlar dindirilir
-
Rusiyadan Sərkisyana daha bir zərbə
Karapetyan respublikaçıların sıralarından çıxdı
-
Ermənistan qurtuldumu?
Hər şey ondan asılıdır ki, gərək, proseslər başa çatsın və kimin kim olduğu bilinsin
-
Paşinyan İrəvanı yenidən ayağa qaldırdı
Etrazçılar aeroport yolunu bağladı, indi də Karapetyana qarşı
-
Rəsmi Bakı Xocalı canisi üçün hərəkətə keçə bilər
Ekspert: “Sərkisyanın hər hansı bir ölkədən Azərbaycana gətirilməsi mümkündür”
-
“Qarabağda hər an döyüş başlaya bilər”
Polkovnik Şair Ramaldanov: “Ermənistanın rəhbəri dəyişsə də, siyasəti dəyişməyib”
-
Sərkisyanın şərəfinə “son zəng”
Erməni qadınlar İrəvanda “qazan döyəcləmə” aksiyası keçirdi
-
“Ümidlənməsinlər”
Nikol Paşinyan Ermənistanın hakim partiyasına yeni ultimatum verdi
-
“Bəs sonra nə olacaq?”
İflic olmuş İrəvanda təşvişə düşən Sərkisyan soruşur ...
Ermənistan hakimiyyətindən eks-prezident Levon Ter-Petrosyanın Qarabağda sülhə və kompromislərə çağıran çıxışına reaksiyalar gəlir.
Virtualaz.org xəbər verir ki, bu gün Ter-Petrosyanın çıxışına müdafiə naziri Vigen Sərkisyan reaksiya verib. Nazir eks-prezidentin erməni xalqının fəxr etməyə futbolçu Henrix Mxitaryandan başqa heç bir nailiyyəti olmadığı haqda dediklərinə cavab olaraq bildirib ki, Ter-Petrosyan bu məsələdə haqlı deyil. Çünki ermənilərin fəxr etməyə başqa xadimləri də var.
Ter-Petrosyanın Ermənistan hakimiyyətinin «millət-ordu» yaratmaq barədə irəli sürdüyü proqramı tənqid etməsinə cavab olaraq müdafiə naziri deyib ki, o, keçmiş prezidentin «sülhün güclü müdafiə sisteminə malik olmadan mümkün olmadığını» dərk etmədiyini tamamilə istisna edir. Onun fikrincə, irəli sürülən «millət-ordu» ideyası dövlətin militarizasiyasına yox, cəmiyyətlə silahlı qüvvələrin sıx əməkdaşlığına yönəlib.
Vigen Sərkisyan Ter-Petrosyanın pasifist ruhlu çağırışlarının da indi Ermənistan üçün aktual olmadığını, çünki ölkənin «hərbi avantüra qarşısında qaldığını» deyib.
Hakim Respublika partiyasının parlament fraksiyanın rəhbəri Vagram Bağdasaryan isə Ter-Petrosyanın çıxışının hakim partiyanı və hökumət üzvlərini prezident Serj Sərkisyanı sülh və kompromislər məsələsində dəstəkləməyib tək qoyduqları haqda dediklərinə cavab verib. «Serj Sərkisyan heç vaxt tək qalmayıb» - Bağdasaryan «Aravot» qəzetinə bildirib.
Sülh çağırışlarına gəldikdə isə Bağdasaryan deyib ki, Dağlıq Qarabağın statusuna dair dəqiq yanaşma olmadığı təqdirdə erməni tərəfi qarşılıqlı güzəştlər haqda danışmağı özünə rəva görə bilməz.
Ermənistan xarici işlər nazirinin özünün idiot danışıq tərzi və üslubu ilə seçilən müavini Şavarş Köçəryan isə Ter-Petrosyanın çıxışının bütün tezislərini rədd edərək Azərbaycanın kompromislər haqda «ancaq Qarabağla danışa biləcəyini» deyib. Hakimiyyət düşərgəsinə yaxın politoloqlar da Ter-Petrosyanın sülh çağırışlarını ya tənqid ediblər və bunun Azərbaycanın marağına xidmət etdiyini deyiblər, ya da belə çağırışların yersiz olduğunu bildiriblər. Prezident Serj Sərkisyan isə hələlik çıxışa reaksiya verməyib.
Reaksiyaların məcmusu bunu göstərir ki, Ermənistan siyasi dairələrində eks-prezidentin sülh və kompromislər yolu ilə Qarabağ məsələsinin həllinə nail olmaq, status-kvonun uzadılmasına son qoymaq barədə çağırışlarına dəstək demək olar ki, yoxdur.
Levon Ter-Petrosyanın ötən həftə rəhbəri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışının tam mətninin Azərbaycan dilinə tərcüməsini artıq oxuculara çatdımışıq. Həmin mətni buradan oxuya bilərsiniz.