vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
18:21 | 13 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 3242 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əkin məhv oldu»

Rayonlarda fəlakət: sel, daşqın, dolu…

Ülviyyə XUDİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın sonlarından başlayaraq iyunun birinci yarısınadək davam edən qeyri-sabit hava şəraiti Azərbaycanın xüsusilə dağlıq rayonlarında ciddi fəsadlara yol açmaqdadır. Son 3 gündür yağan güclü leysan yağışları, dolu, sel, daşqınlar əkin sahələrinə, fərdi və fermer təsərrüfatlarına zərər vurub. Tovuz, Gədəbəy, Qax, İsmayıllı, Zaqatala, Daşkəsən, Quba, Qusar, Lerik və digər rayonlarda meyvə bağları, əkin sahələri ilə yanaşı fərdi yaşayış sahələri də zərər çəkib.

Dünəndən dayanmadan yağan dolu Tovuzun 10-a yaxın kəndində kartof sahələrinə ciddi zərər vurub. Tovuz Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildiriblər ki, dünən rayonun əsasən dağlıq kəndlərində təsərrüfatlara ziyan dəyib. Bu gün yağan dolu isə rayonun  Cəlilli, Xatunlu, Cilovdağ, Əlimərdanlı, Mülkülü, Qaraxanlı, Qədirli kəndlərində təsərrüfatlarla yanaşı fərdi yaşayış evləri və obyektlərə də ziyan dəyib.

«Bəzi kəndlərdə evlərin dam örtüyü dağılıb. Hazırda komissiya tərəfindən dəymiş zərərin miqyası dəqiqləşdirilir», - icra hakimiyyətindən söyləyiblər. Hava şəraitinin qeyri-sabit keçməsi kartofun məhsuldarlığına ciddi zərər vuracaq.

Gədəbəy rayonunun dağ kəndlərini dolu vurub, əsasən kartof əkin sahələrinə ziyan dəyib. Gədəbəy Rayon İcra Hakimiyyətindən deyiblər ki, səhər saatlarından başlayan yağış ara verib: «Hələlik təsərrüfatlara dəymiş zərərlə bağlı məlumat daxil olmayıb. Buna baxmayaraq dağlıq kəndlərlə əlaqə saxlanılır».

Quba, Qusar və Şabranda isə aramsız leysan yağışlar meyvə bağlarında məhsulları zay edib. Tut, gilas, albalı, ərik ağacları ziyan çəkib. «Meyvələr zay oldu, ilboyu çəkdiyimiz əziyyət hədər getdi», - Şabran rayon sakini virtualaz.org saytına deyib.

Quba Rayon İcra Hakimiyyətindən də kəndlərə dolu və leysanın yağdığını, lakin hələ də zərərin müəyyənləşdirilmədiyini deyiblər.

Bərdə rayonundan isə bildiriblər ki, havaların qeyri-sabit keçməsi təsərrüfatlara ziyan vurub. Xüsusilə kəndlərdə fərdi təsərrüfatlar zərər çəkib. Ekspertlər isə güclü leysan və dolu nəticəsində məhsuldarlığın, xüsusilə meyvə-tərəvəzin azalacağını proqnozlaşdırıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, iyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Leysan və dolu nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb. Yağıntının miqdarı Qazax-Gəncə zonasında 2-21mm təşkil edib.