Bal kimi yarmarka
Bakıda arıçılıq məhsullarının sərgi-satışı başladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
-
Soğan niyə bahalaşdı?
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
6 min manatadək cərimə
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
-
İnam Kərimovdan yeni təyinat
“ASAN”dan nazirliyə növbəti transfer
-
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Boş qalan vəzifəyə ...
-
Oliqarxlar əndişədə
“Kiçik padşahlar”ın zəbt etdikləri torpaqlar geri alınacaq
-
Əsəbi Əsədov haradadır?
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
-
Yeni nazir müşavirə keçirdi
“Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır”
-
İnam Kərimov komandasını özü ilə aparır
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar
-
Balımızı tapan barmağını yalayır
Dünyada orta qiymət 3000-dir, amma Azərbaycan 8000 dollara satır
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Əsədov aqrar sektoru necə batırır?
Nazir qudası Ziya Məmmədovun yolunu gedir - məhv edilən ərzaq təhlükəsizliyi və milyonları udan korrupsiya «əjdahası»
-
Həşəratlar və məmurlar
Hər ikisi milyonları məhv edən ziyanvericilərdir
-
«Əkin məhv oldu»
Rayonlarda fəlakət: sel, daşqın, dolu…
-
İnəklər və milyonlar
Braziliya inəkləri Azərbayana necə «gəlib çıxdı»…
Oktyabrın 10-da Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb. Bu gün keçirilən sayca 18-ci bal yarmarkasında 333 arıçı öz məhsulunu satışa çıxarıb, bu isə ötən ildəkindən 78 nəfər çoxdur. Satışa 333 arıçı 107 min 500 kiloqram bal çıxarıb.
VAXT.AZ xəbər verir ki, bunları Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən təşkil olunan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimində nazirliyin Aparat rəhbəri İlham Bayramov deyib.
Onun sözlərinə görə, yarmarkaya təqdim olunan ballar üzərində Respublika Baytarlıq Laboratoriyasında 3367 analiz aparılıb. Keyfiyyət göstəriciləri normaya uyğun olmayan 509 nümunə satışdan çıxarılıb.
«Bu il ilk dəfə tətbiq edilən yenilikdən söz açan nazirliyin rəsmisi qeyd edib ki, satış pavilyonunda mini laboratoriya təşkil olunub. Yəni, həmin laboratoriyaya müraciət edərək, alıcı balın keyfiyyətini yoxlada bilər. Bu proses alıcıya 5-10 manata başa gələcək».
Kənd Təsərrüfatı Nazirliyinin yarmarkanı təşkil etməkdə məqsədi arıçıların əlavə xərc çəkmədən məhsullarını bir məkanda daha çox alıcıya təklif edə bilməsidir. Bunu nəzərə alaraq, yarmarkaya çıxarılan balın 1 kilosunun qiyməti təxminən 20-25 manat arasındadır.