vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
CƏMİYYƏT  
14:05 | 13 avqust 2018 | Bazar ertəsi Məqaləyə 2736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

6 min manatadək cərimə

Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq

MÖVZU İLƏ ƏLAQƏLİ

Kənd Təsərrüfatı Nazirliyi biçindən sonra taxıl sahəsini yandıranlara növbəti dəfə xəbərdarlıq edib. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin sahəsini yandıran fiziki şəxsləri 400 manatdan 600 manata, vəzifəli şəxsləri 1500 manatdan 2000 manata, hüquqi şəxsləri isə 5000 manat­dan 6000 manatadək məbləğdə cərimə ediləcəklər.

Nazirlikdən Vaxt.az-a verilən məlumatda deyilir ki, biçindən sonra torpağın yandırılması həm ekoloji, həm də aqrotexniki qaydalar baxımından zərərlidir, torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına səbəb olur. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur.

Məlumatda deyilir ki, yanğından sonra torpağın həyat qabiliyyətini yenidən bərpa etməsi üçün əlavə resurslar və zaman tələb olunur. 1 hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir. Bu itkini kompensasiya edilməsi üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.

Qeyd edək ki, ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinə­yararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir.