TAP-a qarşı etirazlarda ikinci cəbhə
Qubernator gözlənilmədən Azərbaycanın layihəsinə qarşı ikinci cəbhə açdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Faşist diktatorun liberal nəvəsi
Reyçel Mussolini insan haqlarına görə baş nazir Meloninin partiyasını tərk edib
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
“Şiddət problemi endemik hala gəlib”
İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır
-
Fırtına və leysan İtaliyada fəlakət törədib
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
-
8 saatlıq tətil
İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub
-
AES-lə bağlı üçüncü referendum
İtaliya nüvə enerjisinə qayıtmağı müzakirə edir
-
Siciliya sahillərində 6 cəsəd tapılıb
Meyitlərin 21 nəfər itkin düşənlərə aid olduğu güman edilir
-
Meloni və Zelenski görüşdü
Soyuq qış aylarında Ukraynanın təcili ehtiyacları danışıqlarda gündəm olub
-
Nazirin “başını yeyən” məşuqə
İtaliyanın mədəniyyət naziri sosial media fenomeni ilə münasibətinə görə istefa verdi
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
75 faizi ölümü üçün 1000 avro ödəyib
Aralıq dənizində qayığın batması nəticəsində 21 miqrant itkin düşüb
-
... Mafiya liderinin oğlu öldürülüb
İtaliyada “İnter” azarkeşləri arasında dava düşüb ...
-
İfrat sağ və irqçiliyin fəsadları
Tarixdə bəşəriyyətin törətdiyi ən böyük fəlakət – İkinci Dünya müharibəsi
-
Torpaq sürüşmələrində 2 nəfər itkin düşüb
İtaliyada güclü yağışın səbəb olduğu sel və daşqınlara səbəb olub
-
İntellektual oğru
Romada qarət üçün girdiyi evdə kitab oxuyan şəxs həbs olunub
-
Ölümündən iki ay əvvəl ev dustağı idi
Siciliyada batmış super lüks yaxtada itkin düşənlərin müəmmalı ortaq nöqtəsi
İtaliyanın Apuliya bölgəsinin qubernatoru Miçel Emiliano gözlənilmədən TAP qaz kəməri layihəsinin əleyhdarları sırasında yer alıb.
Virtualaz.org İtaliya mətbuatına istinadla xəbər verir ki, ağlasığmaz hərəkətləri ilə tanınan Emiliano bəyan edib ki, TAP-a alternativ olaraq Balkan regionu Apuliya bölgəsi ilə birləşdirən yeni qaz kəmərinin çəkilməsini dəstəkləməyə hazırdır. Bu, «Falcone Group» şirkəti tərəfindən irəli sürülən və heç kimin ciddi qəbul etmədiyi «Eagle LNG» layihəsidir. Həmin layihəyə əsasən İtaliya Balkan regionu üzərindən ABŞ, Qətər və digər ölkələrdə sıxılmış qazı 110 kilometrlik «Eagle» kəməri vasitəsilə nəql edə bilər.
Qubernator layihəni ötən həftə öz ofisində təqdim edib və onu «Avropa və Balkanlar üçün strateji layihə» adlandırıb. Lakin Emiliano nəzərə almayıb ki, onun da təmsil olunduğu hökumət 2016-cı ilin iyulunda həmin layihəni «yararsız» hesab edərək kənara atmışdı. Çünki iqtisadi baxımdan effektiv hesab etməmişdi. İndi isə qubernator gözlənilmədən bu layihəni gündəmə gətirir, özü də İtaliyada TAP-a qarşı etirazların yenidən vüsət aldığı bir vaxtda.
Emiliano bildirib ki, o, «Eagle» layihəsi barədə «təsadüfən xəbər tutub». «Falcone Group» şirkətinə gəldikdə isə onun haqqında İtaliyada çoxdandır unutmuşdular, xəbər lentlərinin arxivini axtaranda məlum olur ki, bu şirkətin adı 2008-ci ildə 2.2 milyard avroluq İtaliya-Albaniya energetika razılaşmasında çəkilib. Şirkətin sahibi Cayanpaolo Tarantinidir. Həmin Tarantini Apuliya bölgəsindəndir, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin barəsində baş qaldıran məşhur «Bunqa-Bunqa» qalmaqalında adı keçənlərdən biridir.
Xatırladaq ki, Azərbaycanın «Şahdəniz» yatağından hasil olunacaq qazı Yunanıstan üzərindən İtaliyanın cənubuna, oradan Albaniyaya nəql etmək üçün çəkilən TAP kəmərinə qarşı İtaliyada neçə vaxtdır etirazlar, təxribatlar təşkil olunur. Bu təxribatların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan «5 Star» hərəkatı və onun rusiyayönümlü lideri, şoumen Beppe Grillodur. Apuliya bölgəsinin bəzi bələdiyyə rəhbərləri də TAP-a qarşı etirazlara dəstək verir. Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, TAP-a qarşı təxribatların arxasında «müəyyən qüvvələr» dayanır və həmin qüvvələr Azərbaycan qazının Avropa bazarlarına nəqlində maraqlı deyil.