«Artıq bu suallardan yorulmuşam»
Qurban Qurbanov: «Biz də istəyərdik ki, azarkeşlərimiz 30 min yox, 70 min olsun, ancaq ...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qarabağ” niyə uduzdu?
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
-
Əsas qələbə deyil, iştirakdır
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
-
Məğlub ediləcək “Malmö”
Gücləri yetərincədir, civə kimidirlər
-
QURBANsız zəfər olmaz!
Qurulan Ağdamın klubundan darmadağın qələbə
-
“Qarabağ”a dişsiz rəqib
Ağdamlılar qış transferində transfer edəcəkmi?
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Qarabağ”ın həlledici oyunu
Ağdamlılara qələbə lazımdır
-
“Keçmişə qayıtmaq istəmirik”
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
-
“Qarabağ”ın başının altındakı yastıq kimindir?
... Yaxud uğuru münasibətlərinə QURBAN edənlər
-
“Qarabağ” tarixinin ən güclüsü
“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”
-
Odissey Qurbanov ...
... Yaxud “Qarabağ”ın Troya atı
-
Yetim uşaq kimi tək qalan “Qarabağ”
Qurbanov bütün ölkənin yükünü nə vaxta qədər daşıyacaq?
-
Resurs məsələsi
“Qarabağ” indi əsl müdrik bir qocadır
-
Doğru köklənmə, doğru strategiya
“Qarabağ”ın “Sürix”ə dərs keçməsi möcüzə, nonsens, paradoksdur
-
“Bizə qələbə yaraşır!”
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
-
“Qarabağ” “Lex”i leş etdi
Qurban Qurbanovun komandası Polşa klubunu darmadağın edərək mərhələ adlayıb
Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə «Qəbələ»ni 2:1 hesabıyla məğlub edən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Ağır oyun idi. Bu oyunda məğlub olmağa da hazır idim. Şükür ki, oyunçularımız yaxşı mübarizə apardılar. Rəqibin sürətli hücumları zamanı bəzi boşluqlar verirdik. Bu gün rəqib də qalib gələ bilərdi. Onlara gələn oyunlarda uğurlar arzulayıram.
- Məğlubiyyətə də hazır olduğunuzu dediz, ancaq oyunun gedişində bəzi əsas futbolçularınızı meydana buraxdız.
- Bir var 90 dəqiqə oynasınlar, bir də var 45 dəqiqə. Əvvəldən meydanda olsalar, yorğunluq özünü göstərərdi.
- Yeni transferlər olacaq?
- Artıq bu suallardan yorulmuşam. Bizə futbolçu lazımdı. Ancaq ona görə yox ki, heyətimiz zəifdi. Sadəcə, istəyirəm ki, əlimdə daha çox futbolçu olsun. Görürsüz ki, bir neçə oyunçumuz zədəli olanda onları əvəz edə bilmirik. Buna görə, daha çox futbolçumuzun olmasını istərdik.
- Bu gün əsas heyətə şans vermədiz. Ancaq bir neçə dəqiqə bəs etdi ki, əsas oyunçulara şans verməklə bu matçın taleyini həll edəsiz. Bu, sizi narahat etmir ki?
- Qətiyyən yox. Bu barədə qətiyyən düşünmürük. Çempionatda yaxşı vaxtlarımızda da çox xal itirmişdik. Buna görə, qətiyyən rahatlaşmaq olmaz. Bizim üçün hər oyun çətindi.
- Millinin oyunu ilə bağlı fasilə yaranacaq. Bu, sizin hazırlığınıza təsir etməyəcək ki?
- Əksinə, milliyə dəvət olmayan oyunçulara yaxşı təsir edəcək. Onlar istirahət etmək imkanı əldə edəcəklər. Ancaq milliyə dəvət olunan futbolçular üçün ağır olacaq. Ayın 8-də və 12-də ardıcıl ağır oyunlar keçirməli olacaqlar.
- Düşünmürsüz ki, çempionluq uğrunda 3 komanda mübarizə aparacaq.
- Çempionat hələ yeni başlayıb. Həddindən artıq diqqətli olmalıyıq.
- Komanda Çempionlar Liqasında ev oyunlarını Olimpiya stadionunda keçirə bilər?
- Hər komandanın özünün stadionu var, hansı ki, həmin stadionda daha rahat oynayırlar. Biz də istəyərdik ki, azarkeşlərimiz 30 min yox, 70 min olsun. Ancaq bunu hərtərəfli müzakirə etməliyik. Ordakı şəraitin necə olduğunu müəyyənləşdirməliyik. Məsələn, bizə bu stadionda oynamaq daha çətindi, nəinki Tofiq Bəhramovda. Respublika stadionuna öyrəşmişik.
- ÇL-də rəqiblər çox güclüdü. Komandanın əsas məqsədi nədi?
- Bizim əsas məqsədimiz ildən ilə inkişaf etməkdi. Məncə bu, bizim futbolun inkişafı üçün təkan olacaq. 3 böyük ölkənin klubu ölkəmizə gələcək. Hansısa vəd vermək istəmirəm. Sadəcə, onu deyim ki, oyunumuzla azarkeşləri razı salmağa çalışacağıq.
- İkinci hissədə risk edərək Bədavi Hüseynovu meydandan çıxartdız. Daha sonra isə digər müdafiəçi Yakub Jezniçakı meydana buraxdız. Bunun səbəb nə idi? Eksperiment alınmadı?
- Bədavini hücum xəttini gücləndirmək üçün çıxardım. Bununla, həm də mərkəzi gücləndirdim. Düzdü, bir az riskli oldu. Lakin Rahid Əmirquliyev təcrübəli futbolçudu və müdafiədə də yaxşı çıxış etdi. Sona 15 dəqiqə qalmış Maksim Medvedevin yerinə Yakub Jezniçakı buraxdım. Çünki Maksim yorulmuşdu.
- Ağabala Ramazanov və Dani Kintana nə vaxt komandaya qoşulacaq?
- Ağabala artıq dünəndən komanda ilə məşq edir. Kintananın isə nə vaxt qayıdacağı hələ ki, bəlli deyil. Həkimlərin qərarını gözləyirik.