vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
17:27 | 2 noyabr 2022 | Çərşənbə Məqaləyə 732 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Keçmişə qayıtmaq istəmirik”

Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”

Vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) oyunundan öncə təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirib.

– Son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Oyunun mahiyyətini bilirik. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi oyunumuza yönəltməliyik. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək.

 

– Paralel müqayisə apara bilərsizmi “Kopenhagen”lə cavab oyunu öncəsi hazırlıq necə idi, indi necədir?

– Mənim üçün müqayisə aparmaq asan deyil. Həmişə ilklərin dadı başqa olur. Daha yaxşı oyun, nəticə göstərməyə çalışmışıq. Ad olaraq Çempionlar Liqasının pley-offu daha həyəcanlı sayıla bilər. Amma bu matçı ondan ayırmazdım. Həyəcan həmişə olur, çempionat matçlarında da. Komanda, klub olaraq böyük təcrübəyə malikik. Sabahkı oyunda hamı istəkli, yaxşı mənada həyəcanlı olacaq. Hərəsinin öz yeri var. Daha çox istək və diqqətlə oyuna hazırlaşırıq.

 

– “Frayburq”un artıq liderliyi təmin etməsinin müsbət və mənfi cəhətləri kimi nələri qeyd etmək olar?

– Necə cavab verəcəyimi bilmirəm. Bəzən komanda vəzifəni yerinə yetirəndə daha rahat oynayır və istədiyi oyunu tam göstərə bilir. Bəzən isə nəticə lazım olanda gərginlik yaşayırlar. Daha çox özümüz haqqında fikirləşirik. Onların nə etmək istədiklərinə zaman ayırsaq, özümüz üçün vaxtımız az olar. Sabah hansı heyətlə, sistemlə oynayacaqlarını gözləyəcəyik.

 

– Qara Qarayev, Bədavi Hüseynov və Leandro Andradenin oynamaq ehtimalı varmı?

– Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olması bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır.

 

– “Qarabağ” 9 ildir, avrokuboklarda çıxış edir və heç vaxt qrupun son matçında qələbə qazana bilməyib. Bu uğursuz sindrom əlavə psixoloji gərginlik yaratmır?

– Keçmişə qayıtmaq istəmirik. Qarşımızda “Frayburq”la matç dayanır. Belə hallara önəm vermirəm. Uğursuz seriyamızın olması düşüncəsində deyiləm. Bizi maraqlandıran “Frayburq”la sabahkı matçdır. Qarşımızda yaxşı, intizamlı rəqib var. Alman komandasıdır. Bütün fikrimiz bu oyundadır. Ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.