vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
12:05 | 24 avqust 2022 | Çərşənbə Məqaləyə 4426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yetim uşaq kimi tək qalan “Qarabağ”

Qurbanov bütün ölkənin yükünü nə vaxta qədər daşıyacaq?

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ”ın “Viktoriya” məğlubiyyəti hamımızı məyus edib. Amma bu, faciə deyil, idmanda olan və olacaq məğlubiyyətlərdən biridir.

Bəli, Çempionlar Liqasının qrupu “Qarabağ”ın əlinin içində idi, amma götürüb hədiyyə kimi verildi rəqibə.  Hər iki qolda Şahruddinin bağışlanılmaz səhvləri oldu. Çıxmamalı olduğu topa çıxdı, çıxmalı olduğu topa çıxmadı. İlk qoldan sonra komanda psixoloji olaraq təmiz çökdü və bir də özünə gələ bilmədi. Amma necə deyərlər, insaf da yaxşı şeydir. “Qarabağ”  Avropada bu mövsüm indiki mərhələyə həm də Şahruddinin inamlı, cəsarətli oyunları sayəsində gələ bilib. Parlaq oyunları və kobud səhvləri isə bir faktı dəyişmir: Şahruddin bu gün futbolumuzun birinci, bir nömrəli qapıçısıdır. 

Hə, olan oldu. Və biz indi keçmişlə yaşasaq, yas qurub ağlasaq, irəli gedə bilmərik. Amma keçmişdən nəticə də çıxarmalıyıq. Komandada boşluqlar var. Bir cinah işləyirdi, o birisi yox. Rəqiblər gücləndikcə Toral səhvlər edir, çatdıra bilmir, hücuma köməyi az dəyir. Gənc oyunçudur deyə təcrübə azlığı hiss olunur. Ortada oyun qurucusuna ehtiyac günü-gündən artır. Dünən Almeyda meydanı məcburi tərk etdikdən sonra elə bil “Qarabağ”da qan dövranı dayandı. Sanki 33 yaşlı Almeydadakı güc, potensial onu əvəz edən 27 yaşlı Yankoviçdə yox idi.

Vadji ÇL-də 4 qol vursa da, mənə görə komandada mərkəz hücumçusuna ehtiyac hiss olunur. Bir sözlə, görünən və görünməyən boşluqlar doldurulmasa, Avroliqanın qrupunda komandaya əlavə problemlər yarana bilər. Həm də artıq rəqiblər “Qarabağ”a məhz “Qarabağ” kimi yanaşır, daha Azərbaycan futbolu kimi yox. Yəni hörmətlə, ciddiyyətlə… Komandanı yaxşı təhlil edir. Diqqət edin, Plzendə də, ondan əvvəl Bakıda da “Viktoriya” Zubirlə Kadiyə ayaqlarını açmağa imkan vermədi...

Amma bütün bunlar bir həqiqəti dəyişmir. Qurban Qurbanov Azərbaycanın ağır futbol şərtləri altında Avropada ciddi uğurlar əldə edir. Bu ölkənin çempionatında Gəncə kimi şəhərin komandası ev oyunlarını Mərdəkanda, Qəbələdə keçirir. “Turan” avtobus almaq üçün ianə toplayır. Yarışın səviyyəsi bərbad. Konfrans Liqasında 3 komandamızdan birinin təpəri, gücü çatmadı ki, qrupda oynasın.

“Qarabağ” da yetim uşaq kimi qalıb təkcə. Kimin, hansı klubun da nə azarı, yükü varsa, yükləyib onun üzərinə. Utanmaz-utanmaz da gözləyirlər ki, “Qarabağ” ÇL-in qrupuna düşsün, UEFA mövcud mükafatlanırma qaydasına əsasən, AFFA-ya, klublara bonus ödəsin.

Qurban Qurbanov isə özünün də, başqasının də yükünü güc-bəla aparıb mənzil başına çatdırır.

Yəni Çempionlar Liqasının pley-offuna, oradan da avrokubokların qrupuna. Bir deyil, iki deyil. Düz doqquz ildir.

Doqquz il...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)