vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
19:14 | 21 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2697 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əbiyev istintaqa çağırılır

Nazirlik sistemində ciddi qanun pozuntuları, korrupsiya halları aşkarlandığından, bəzi faktları artıq hərbi prokurorluq araşdırmağa başlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra nazirlikdə ciddi kadr islahatları ilə yanaşı əsaslı yoxlamalara başlanıb. AzNews.az-a daxil olan məlumata görə, nazirlik sistemində ciddi qanun pozuntuları, korrupsiya halları aşkarlandığından, bəzi faktları artıq hərbi prokurorluq araşdırmağa başlayıb.

Belə yoxlamalardan biri də Müdafiə Nazirliyinin bir ay əvvəl ləğv edilmiş “N” saylı hərbi hissəsində aparılır. Bakı ətrafında yerləşən və tam məxfi təyinatlı hərbi hissənin komandiri seysmoloq Elçin Xəlilov (“Zəlzələ” Elçın – red.) olub. 
Artıq istintaqla bağlı sənədlərin bir qismi rəy alınması üçün AMEA-ya göndərilib. 
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən ciddi istintaq işləri aparılan bu hərbi hissə təyinatı ilə əlaqədar olaraq bir başa nazirin nəzarətində olub. Elə buna görə də, hərbi hissədə aşkarlanan neqativ hallarla bağlı sabiq nazir Səfər Əbiyevin də dindiriləcəyi gözlənilir. 
Məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunun mövqeyini öyrənmək mümkün olmadı.