«Qələbə hər kəsin üzünü güldürür»
Araz Abdullayev: «Çox qol vurduqca özünəinam da artır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Siz dəlisiniz?»
Berti Foqts Azərbaycan yığmasına sataşdı
-
Rövnəq Abdullayevin «xoruzları»
... yaxud AFFA-da açılmayan sabahlar
-
35 yaşlı fenomen
Böyük şəxsiyyət istedad və ya çalışqanlıqla deyil hər ikisinin birləşməsiylə olur
-
«Qələbədə pay sahibi olmaq əla hissdi»
Təmkin Xəlilzadə: «Fürsətlərdən maksimum yararlanmaq lazımdı»
-
Osloda udduğumuz rəqib...
Mundiala qatılmaqdan dəm vuranlar, indi qrupun sonuncusu olmamağa sevinir
-
Nadir hallarda qol vuran komanda üzərində qələbə
Rekorda sevinməli, yoxsa buraxılan qola üzülməliyik?
-
«Karyeramı bitirmək barədə düşünürəm»
Rəşad Sadıqov: «Azarkeş sevgisi mənim üçün hər şeydən üstündü və onu itirmək çox ağırdı»
-
«Bu istidə adam da yanır»
Rövnəq Abdullayev: «Gəlin, göydən enək, ayağımızı yerə qoyaq»
-
Texnik, barmen və AFFA
Ərazisi Əhmədli qəsəbəsi boyda olan ölkənin millisini yenmək qüruru
-
«Deməli, burada nəsə var»
«Qəbələ» AFFA-nın əfv qərarından narazıdı
-
AFFA hakimi səhv çıxardı
PFL Araz Abdullayevə qırmızı vərəqə göstərilməsini yanlış qərar sayır
-
Derbidə ara qarışdı
Abdullayev oyunu saxladı, «Qarabağ»ın qolu sayılmadı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün San Marino ilə qarşılaşan və böyükhesablı qələbə qazanan Azərbaycan millissinin ikinci qolunun müəllifi Araz Abdullayev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ sizi həmin müsahibə ilə tanış edir:
- Böyükhesablı qələbədən sonra özünüzü necə hiss edirsiniz? Norveçə məğlubiyyəti unuda bilmisiniz?
- Düzdü, Norveçlə oyunda yaxşı oynamadıq. Amma bu gün bütün bacarığımızı ortaya qoyduq. Bizi dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm. Onları sevindirmək üçün əlimizdən gələni etdik. İnanıram ki, onlar da bizim oyunumuzdan razı qalıblar.
- Sanki «Bakcel Arena» yığma üçün düşərli məkana çevrilib, burda daha yaxşı oynayırsız...
- Məncə, burada atmosfer daha yaxşıdı, azarkeşlər meydana daha yaxındılar.
- Kiprdə özünü necə hiss edirsən?
- Hər şey yaxşıdı. Hiss edirəm ki, mənim üçün hər şey yaxşı olacaq.
- Çoxdan xaricə üz tutmaq lazım olduğunu düşünmürsən?
- Əlbəttə, getmək lazım idi. Amma indi də gec deyil. Çalışıram ki, Azərbaycanı layiqincə təmsil edim.
- Baş məşqçinin üzü gülürdü?
- Əlbəttə, belə qələbədən sonra hər kəsin üzü gülür. Uduzanda hamının qanı qara olur, amma qələbə hər kəsi sevindirir, üzünü güldürür.
- Bu gün xüsusi motivasiyanız var idi. Bu nədən qaynaqlanırdı?
- Millinin oyunu vaxtı stadion dolu olur. Buna görə də onları sevindirməyə çalışırıq. Təbii ki, hər şeydən əvvəl millinin uğur qazanmaqı üçün çalışır, mübarizə aparırıq. Bu gün xüsusi seçildiyimi deməzdim. Hamımız mübarizə apardıq.
- Şeydayev sizə yaxın oynayır. Onun qol epizodlarını qaçırmasının səbəbini nədə görürsünüz?
- Ramil tədricən komandaya uyğunlaşacaq. Həm də bu cür rəqiblərlə oyunlarda daha çox qol vurmaq istəyirik. İndiyə qədər millimiz hansısa rəsmi oyunda 5 qol vurmamışdı. Eyni zamanda, 10 xal toplamamışdıq. Yəni bu qələbə ilə bir neçə rekorda imza atdıq. Üstəlik, çox qol vurduqca özünəinam da artır.