«Bu istidə adam da yanır»
Rövnəq Abdullayev: «Gəlin, göydən enək, ayağımızı yerə qoyaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
İslahatlara ehtiyac var
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
-
Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan San Marino matçı millimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb. VAXT.AZ xəbər verir ki, qarşılaşmadan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev böyükhesablı qələbə ilə bağlı fikirlərini bildirməklə yanaşı, jurnalistlərin suallarını da cavablandırıb.
- Yaxşı oynadılar. Meydanda yaxşı komanda var idi, yaxşı da hazırlaşmışdılar. Bu qələbə sayəsində komandamız Norveçlə oyundan sonra azarkeşləri sevindirdi.
- Milli komandanın 5 qol vurması sizin üçün gözlənilməz olmadı?
- Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3 qoldan az vursanız, Azərbaycana gəlməyin. Məncə, 5 qol Azərbaycan millisi üçün rekord göstəricidir. Həm də ilk dəfə seçmə mərhələlərdə 10 xal topladıq. Bu da ikinci hadisədir. Növbəti mərhələ şanslarını itirsək də, qrupun sonuncusu da olmayacağıq.
- Qazonun durumu ilə bağlı nə deyə bilərsiniz?
- Deməzdim ki, bərbad idi. Bu istidə adam da yanır. Normal vəziyyətdədir. Hava sərinləyəndən sonra ot örtüyü də tam qaydasına düşəcək.
- Millinin çıxışı ürəyinizcə oldu, yoxsa daha yaxşı oyun gözləyirdiniz?
- Hamı istəyir ki, milli komanda irəli getsin. «Qarabağ» Çempionlar Liqasının qrupuna düşməklə bizi xeyli sevindirdi. İstərdik ki, milli komanda da yüksək səviyyədə oynasın. Biz də bundan ötrü əlimizdən gələni edir, həm klublara, həm də milliyə kömək göstəririk. Çalışırıq ki, onlar da azarkeşləri sevindirsinlər.
- Buraxılan 1 qol ən böyük fərqli qalibiyyətə mane oldu. Buna üzülmədiniz?
- Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq.
- Milli komanda 10 xal toplamaqla rekorda imza atdı.
- Gəlin, rekordlara çox da diqqət yönəltməyək. Normal bir şeydir. Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Çexiya ilə çox ağır oyun var. Çalışıb burada nəticə göstərməliyik. Norveçlə oyuna motivasiyalı çıxmışdılar. Çox arxayın idik. Amma alınmadı. Ona görə də gəlin, gözləyək, seçmə mərhələ qurtarsın. Sonra analiz edərik. Qarşıda AÇ-2020-nin seçmə mərhələsi var. 4 oyun Bakıda keçiriləcək. Çalışacağıq ki, necə olursa-olsun, komandamızı gücləndirək və AÇ-nin final mərhələsində biz də iştirak edək. Ehtiyat heyətimiz böyükdür. İndiyədək skamyada bu qədər futbolçu oturmayıb. Onlar həm də cavandırlar. Bu, çox sevindirici haldır və bizə imkan verir ki, oyunlara motivasiya ilə çıxaq.
- Sizcə, AÇ-2020-yə millətlər Liqasından, yoxsa seçmə mərhələdən vəsiqə qazanmaq əlverişli olar?
- Hələ səbətlər müəyyənləşsin, görək necə olar.