vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ENERGETİKA  
20:02 | 10 fevral 2022 | Cümə axşamı Məqaləyə 1207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı

Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Rövnəq Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib.

Rövşən Nəcəf iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə, o Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti təyin edilib.

SOCAR-ın prezidenti təyin olunanadək Nəcəf həmin vəzifəni müvəqqəti icra edəcək. Eyni zamanda, o Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.



R.Nəcəf 2020-ci ilin fevralında iqtisadiyyat nazirinin  müavini , ötən ilin dekabrında isə nazirin birinci müavini təyin edilib, ondan  öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

R.Nəcəf aprelin 9-da 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq 2001-ci ildə bakalavriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib.

2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamış və 02.09.2002-ci ilədək orada çalışıb. 16.12.2003-cü il tarixdən İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsinin mütəxəssisi təyin olunaraq həmin şöbədə məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb, 01.02.-08.06.2007-ci il tarixlərdə Xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi şöbəsinin Xarici investisiya müqavilələri və investisiya layihələri sektorunun müdiri işləyib.

02.07.2008-23.02.2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Hesabat şöbəsində iqtisadçı, 23.02-07.05.2019-cu ildə isə həmin İdarənin Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

12.05-29.12.2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, 29.12.2009-21.04.2010-cu illərdə həmin şöbənin müdiri, 21.04-15.12.2010-cu illərdə nazirin köməkçisi, 16.12.2010-05.11.2012-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktorunun müavini, 05.11.2012-11.05.2018-ci illərdə İcraçı direktoru vəzifələrində çalışıb.

11.05.2018-ci il tarixdən 28.08.2019-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.