Texnik, barmen və AFFA
Ərazisi Əhmədli qəsəbəsi boyda olan ölkənin millisini yenmək qüruru
Salam SARVAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
Bəlkə də kiməsə gecikmiş yazı kimi görünəcək. Amma elə deyil. Çünki bu «cırtdanla» hələ bir dəfə də qarşılaşacağıq. Bu dəfə Bakıda.
Dünyanın ən balaca dövlətlərindən biridir, San Marino. Bəlkə də elə birinci. Yox, ən kiçik dölət Sent-Kits və Nevis imiş. A tövbə, adını ilk dəfəydi eşidirdim. Amma «cırtdanlığına» baxmayın, FİFA-nın reytinqində 81-ci yerdədir. Azərbaycandan düz 55 pillə irəlidə. Bizim yığmamız hətta Farer adalarından da geridədir. 136-cı yerdə Salvadorla qardaşlaşıb oturmuşuq. Bunları elə belə, 2005-ci ildən futbolun inkişafı üzrə Dövlət Proqramını həyata keçirən AFFA başbilənləri üçün yazdım. O proqrama ki, milyonlar xərclənib və şükür, indi 11 nəfərlə 10 nəfərə sürünə-sürünə qalib gəlməyi bacarırıq.
San Marinoda olmuşam. Bircə dəfə. Riminidən 15 dəqiqəlik məsafədə yerləşir. İnandırım sizi, bu ölkənin ərazisinə daxil olub, sevinə-sevinə «Facebook»da check-in eləməyə macal tapmamış ölkə qurtarır. Bizim Nobel prospekti ondan böyükdür. Elə əhalisi də AFFA-nın mənzil qərargahı yerləşən Nobel prospektinin sakinlərinin sayı qədər ola-olmaya.
Hə, ondan danışırdıq axı? Bizim peşəkar futbolçular seçmə mərhələnin ilk turunda 10 nəfər həvəskara qalib gəlməklə də olsa, ilkə imza atdılar. Düzdür, San Marinonun oyunçuları 90 dəqiqəni əslində yola verməklə məşğul idilər, bizimkilərə baş qoşmadılar. Vallah hə, hərəsinin öz işi-gücü. Nə futbol? Aldo və David Simonçinilər mühasibdirlər. Danilo Rinaldi mebel düzəldir. Yazığın bir bazar günü vardı, onu da tutub apardılar ki, Azərbaycandan qonağımız gəlib, dur gəl futbola. Kristian Broli tələbədir, bəlkə də bizim Odlar Yurduna oxşayan hansısa universitetdə oxuyur, yəqin qiymətini yazdıracaqlar.
Fabiyo Vityoli iş adamıdır. Mırta gəlibmiş. Alessendro dela Vale isə məhkəmə katibi. Karlo Valentini isə barmen. Axşam bara gedib pivəsini süzəcəkdi. Baş məşqçi Pyer Ancelo Mandzaroli isə texnikdir. İsti şitilliklərdə çalışır. Yəni «parnik»də. Hə, millimiz qalib gəldi və qəribə də olsa Almaniya ilə birgə indi turnir cədvəlinə başçılıq edir. Amma bu o demək deyil ki, 2018-də Rusiyaya, dünya çempionatına gedəcək. Hələ ilk turdu , hövsələnizi basın. Hər şeyə gələn payız aydınlıq gələcək. Qrupda bütün oyunlar başa çatandan sonra. Böyük ehtimalla elə bu San Marinonun qabaqlayan millimiz qrupda sonuncu olmayacaq. Və texnik Ancelo Mandzarolidən fərqli, Əfran İsmayılovdan yaxşı oynayan – mətbuat konfransında özü dedi - peşəkar Prosineçkini AFFA vəzifəsində də saxlayacaq. AFFA-nın baş katibi Elxan Məmmədovu da çox yormayın: «Millimiz dünya çempionatına nə vaxt gedəcək?» deyə. Məgər bilmirsiniz? Deyim bilin: Çempionat Azərbaycanda təşkil ediləndə. Arzulayın cənablar, arzulayın...