vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
10:42 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2554 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Osloda udduğumuz rəqib...

Mundiala qatılmaqdan dəm vuranlar, indi qrupun sonuncusu olmamağa sevinir

CAVAD

MÖVZU İLƏ ƏLAQƏLİ

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - San Marino matçı millimizin 5:1 hesablı qələbəsi ilə başa çatdı. Qarşılaşmadan sonra isə AFFA prezidenti Rövnəq Abdullayev brifinq keçirdi.

Rövnəq bəyin maraqlı açıqlamaları vardı.

 

«Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3 qoldan az vursanız, Azərbaycana gəlməyin. Məncə, 5 qol Azərbaycan millisi üçün rekord göstəricidir. Həm də ilk dəfə seçmə mərhələlərdə 10 xal topladıq. Bu da ikinci hadisədir. Növbəti mərhələ şanslarını itirsək də, qrupun sonuncusu da olmayacağıq».


Qrup sonuncusu olmamağa sevinmək yersizdi. Bu yerdə yada salaq ki, tsikl başlayanda AFFA rəhbərliyi mundiala yollanmaqdan dəm vururdu. O vəd nə idi, bu gün sevindiyimiz nəticə nədir? O ki qaldı futbolçulara iradınıza, yaxşı hədədi, amma onlar gəlib Azərbaycanda 5 qol vurdular, gəlməsəydilər, vura bilməzdilər. Bəlkə orada elə bilirmişsiz ki, San Marinonu da Osloda udub gəlmək lazımdı?


«Qazonun durumu deməzdim ki, bərbad idi. Bu istidə adam da yanır. Normal vəziyyətdədir. Hava sərinləyəndən sonra ot örtüyü də tam qaydasına düşəcək».

 

Rövnəq bəy yenə baş katib Elxan Məmmədovun verdiyi məlumata əsasən danışır. Bildirək ki, 5-10 kilometr aralıda olan Respublika stadionunun qazonu yamyaşıldı. Həm də ora «Bakcell Arena»ya xərclənən pulun heç yarısı da sərf olunmur. Bu istidə adam yansa da, «Tofiq Bəhramov»un qazonu yanmır.


«Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq».


Rövnəq bəy «yerə enək» deyərkən yəqin ki, özünü və ətrafındakı rəhbər şəxsləri nəzərdə tutur. Çünki göydə olan biz deyilik. Göydə olanları yerə salmaq istəyirsizsə, kabinetinizin olmadığı AFFA-nın binasına nəzər salın. Ölkədə iqtisadi böhrandı, amma AFFA-nın texniki direktoru Bernard Lippert hələ də heç bir iş görmədən ayına 30 min avro alır və matçı sizinlə bir tribunada izləyir. 10 ildi futbolda böyük pullar var idi, gözə görünmürdü, amma bu adamın qalmasının xeyri nədir ki, ona hələ də dözürsüz?


«Gəlin, rekordlara çox da diqqət yönəltməyək. Normal bir şeydir. Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Çexiya ilə çox ağır oyun var. Çalışıb burada nəticə göstərməliyik. Norveçlə oyuna motivasiyalı çıxmışdılar. Çox arxayın idik. Amma alınmadı. Ona görə də gəlin, gözləyək, seçmə mərhələ qurtarsın. Sonra analiz edərik. Qarşıda AÇ-2020-nin seçmə mərhələsi var. 4 oyun Bakıda keçiriləcək. Çalışacağıq ki, necə olursa-olsun, komandamızı gücləndirək və AÇ-nin final mərhələsində biz də iştirak edək. Ehtiyat heyətimiz böyükdür. İndiyədək skamyada bu qədər futbolçu oturmayıb. Onlar həm də cavandırlar. Bu, çox sevindirici haldır və bizə imkan verir ki, oyunlara motivasiya ilə çıxaq».


Sitatın nağıl və boş vəd hissəsinə şərh verməyəcəm. Orbit məsələsinə gəlincə, astronomiyadan zəifəm. Bununla belə, bildiyimə görə, orbitdən çıxanı yerinə qaytarmaq çətin məsələdi. Ölkə futbolunda orbitindən çıxan oyunçular deyil, futbol funksionerləridi. Kadrlarınıza diqqət edin ki, futbolun ətrafında fırlanaq.