Prezident yeni neft müqaviləsinin anonsunu verdi
İlham Əliyev Azərbaycanın ilk «Xankəndi» adlı sualtı gəmsinin təqdimat mərasimində iştirak etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
Mütaliə və kitablar arasında istirahət
Bakı Kitab Mərkəzində təqdimat keçirilib
-
Son 5 gün
Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq
-
İnkişafda yeni dövr
Azərbaycan dövləti və vətəndaşı dünyanın ən güclülərindən olacaq
-
«Əsrin müqaviləsi»nin müddəti uzadıldı
Bakıda tarixi saziş imzalandı
-
32 idlə 40 milayrd sərmayə qoyulacaq layihə
«Əsrin müqaviləsi-1» 32 mliyard sərmayə qarşılığında 125 milyard dollar gəlir vermişdi
-
«Əsrin müqaviləsi-2» imzalanır
SOCAR-ın payı 25 faizə qaldırılır
-
Azərbaycanda neft hasilatı hər il azalır
SOCAR rəsmisi rəqəmlər açıqladı
-
Ukrayna Azərbaycan neftinin tədarükünü artırmağı planlaşdırır
Kiyev 5 ildir çalışmayan kəməri işə salır
-
«Statoil» Norveçə çəkilir
Şirkət Azərbaycan da daxil olmaqla əksər əksər neft layihələrindəki payını satır
-
«Uzun şərhə ehtiyac yoxdu»
«Siyasi baxımdan perspektivli yanaşmadır və müsbət də qarşılanır»
-
«Saakaşvili İvanişviliyə…»
«Bir neçə gündən sonra «Azəri-Çıraq-Günəşli» yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var».
Virtualaz.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev «Xankəndi» sualtı tikinti gəmisinin istismara verilməsi mərasimindəki çıxışında deyib.
Yeri gəlmişkən, 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.
Onu da qeyd edək ki, «Xankəndi» gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan «Xankəndi» suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən «Şahdəniz» yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə «Şahdəniz mərhələ 2» layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.