vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
15:23 | 16 aprel 2014 | Çərşənbə Məqaləyə 3118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Statoil» Norveçə çəkilir

Şirkət Azərbaycan da daxil olmaqla əksər əksər neft layihələrindəki payını satır

MÖVZU İLƏ ƏLAQƏLİ

Norveçin neft-qaz şirkəti, səhmləri dövlətin əlində olan «Statoil» Azərbaycandakı enerji layihələrindən tamamilə çəkilməyə hazırlaşır. Virtualaz.org saytı xəbər verir ki, mayın 14-də Norveçin Stavanger şəhərində «Statoil» səhmdarlarının illik toplantısı olacaq.

Toplantının gündəliyində dayanan əsas məsələ şirkətin bir sıra ölkələrdə fəaliyyətinin dayandırılması barədə olacaq. Belə ki, topneftegaz.ru saytının bildirdiyinə görə, səhmdarları «Statoil»un Kanada, Arktika, Azərbaycan və Anqolada neft-qaz hasilatı layihələrindən çəkilməsini istəyirlər.

Səhmdarlar hesab edirlər ki, daha perspektivli olanı vəsaitlərin alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldilməsi, habelə Norveçin özündə bu işlərə yatırımların genişləndirilməsidir.

Səhmdarlar «Statoil»un Arktikada neft hasilatı ilə məşğul olmasını da məqsədəuyğun hesab etmirlər və bu işin kifayət qədər riskli olduğunu düşünürlər. Belə ki, hazırda Norveçdə buzlaqlara dağılmış nefti təmizləmək üçün texnologiya mövcud deyil. Bu riskdən qaçmaq üçün buzlaqların sərhədindən ən azı 50 kilometr məsafədə qazma işlərinin aparılmasına icazə verilir.

Xatırladaq ki, bundan əvvəl «Statoil» Azərbaycanın nəhəng qaz layihəsindən - «Şahdəniz-2»dən qismən çəkilib. Ötən ilin dekabrında şirkət bu layihədəki 10 faizlik payını ARDNŞ və BP şirkətlərinə 1,45 milyard dollara satıb. Şirkət bunu «Statoil»un investisiya portfelinin optimallaşdırılması strategiyası ilə izah edib.

Hazırda «Şahdəniz» layihəsində «Statoil»un cəmi 5 faiz payı qalır. Bundan əlavə, şirkət «Əsrin müqaviləsi» çərçivəsində imzalanan neft layihəsində - «Azəri-Çıraq-Günəşli»də 8,71 faizlik paya malikdir.

Əgər səhmdarların toplantısında gözlənilən qərar qəbul olunsa, «Statoil» həm «Azəri-Çıraq-Günəşli»dən, həm də «Şahdəniz»dən tam çəkilmiş olacaq.