vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
17:04 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 2824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda neft hasilatı hər il azalır

SOCAR rəsmisi rəqəmlər açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda neft hasilatı hər il 7-10 faiz azalır». Bunu bu gün Bakıda keçirilən II Beynəlxalq «Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika» forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

«Bu, təbii prosesdir. Biz bunun qarşısını almağa çalışırıq. 2020-ci ildə neft hasilatının sabitləşməsini gözləyirik. Bu da əsasən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi ilə bağlı imzalanacaq yeni müqavilə ilə əlaqəli olacaq. Azərbaycanın imza atdığı neft müqavilələrinin şərtləri dəyişməyib və bu amil xarici investorlar üçün çox əlverişlidir. «Əsrin Müqaviləsi» imzalananda neftin 1 barelinin qiyməti 12 dollar, 1996-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə salınarkən 60 dollar, «Şahdəniz» yatağı işə salınarkən isə 92 dollar idi. Qiymətlərin belə dəyişməsi xarici investorların bizim layihələrə marağını azaltmayıb», - deyə V.Bəylərbəyov bildirib.

SOCAR rəsmisi qeyd edib ki, bu günə qədər Azərbaycanın neft sektoruna 220 milyard dollarlıq investisiya qoyulub ki, Dövlət Neft Fondu bu layihələrdən 120 milyard dollar gəlir əldə edib. (APA)