vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
13:23 | 30 may 2019 | Cümə axşamı Məqaləyə 4173 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SOCAR zavod alır?

“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı Antipinsk neft emalı zavoduna marağı var”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki, bu istiqamətdə konkret nəticə yoxdur.

“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır”, - R.Abdullayev qeyd edib.

Antipinsk neft emalı zavodu 9 milyon ton həcmində dizel yanacağı, karbohidrogen qazı və durulaşdırılmış neft koksu istehsal etmək gücünə malikdir.