vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
18:10 | 12 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 1073 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda qaz hasilatı artıb

2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 23,4 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz (3,1 milyard kubmetr) çoxdur. Bu barədə Energetika Nazirliyini məlumat yayıb.

Qazın 3,9 milyard kubmetri SOCAR üzrə, 6,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb.

Bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub. BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib.

Yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın səmt qazı, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox təbii qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.

2021-ci ildə Azərbaycan təqribən 19 milyard kubmetr qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmerə yaxını Avropanın payına düşüb.