
Rusiyadan asılılıq qalır
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Rusiya Avropa bazarından sıxışdıran ABŞ-a isə qiymətlərin yüksək olması lazımdır
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
Sabiq prezident: “Azərbaycanla əməkdaşlıq üçün vədedici gələcəyi var”
Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
Gömrük Komitəsi hesabat yaydı
Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...
TANAP-dan ikinci qol ayrılacaq?
İsti hava və külək tələbatı azaldıb
Təkcə bir kəmərdə 86 faiz azalma olub
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin dünyanın enerji istehlakında mayeləşdirilmiş təbii qaza (LNG) üz tutduğunu bildirərək, ““Qazprom” həm cənub, həm də şərq istiqamətlərində daşımaların diversifikasiyasında uğurla irəliləyir və bu siyasət davam edəcək”, – deyib.
Sorokin bu fikri Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumundakı çıxışında səsləndirib.
Təbii qaz sektorunun Rusiya iqtisadiyyatı üçün investisiyalarda mühüm yer tutduğunu bildirən nazir müvini, “Söhbət boru kəmərləri, sıxılmış qaz (LNG) və təbii qaz yataqlarının inkişafını nəzərdə tutan investisiyalardan gedir. 1,7-2 trilyon rubl (təxminən 20-22 milyard) dollar) hər beş illik dövr ərzində investisiyaya qoyulacaq”, – deyib.
Pavel Sorokin Sanksiyaların “görünməz” olmadığını, lakin Rusiyanın LNG sektoruna təsir göstərməsinə imkan verməyəcəyini bildirib.
Qlobal LNG tələbatının artmağa davam edəcəyi ilə bağlı proqnozunu bölüşən Sorokin, “Dünya hazırda aktiv şəkildə LNG-yə üz tutur və tələbat yaxın 6-7 ildə indiki təxminən 400 milyon tondan 580-600 milyona yüksələcək. Biz 20 il ərzində iki dəfəyə yaxın artaraq 700 milyon tona çatacaq”, – deyib.
Rusiyanın əsas enerji bazarlarından olan Avropaya ixracı sanksiyalara görə əhəmiyyətli dərəcədə azaldığı halda, ölkə bu itkini Asiya bazarlarına, xüsusilə də Çinə ixracını artırmaqla kompensasiya etmək istəyir.