
Rusiyadan asılılıq qalır
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Rusiya Avropa bazarından sıxışdıran ABŞ-a isə qiymətlərin yüksək olması lazımdır
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
Sabiq prezident: “Azərbaycanla əməkdaşlıq üçün vədedici gələcəyi var”
Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
Gömrük Komitəsi hesabat yaydı
Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...
TANAP-dan ikinci qol ayrılacaq?
İsti hava və külək tələbatı azaldıb
Təkcə bir kəmərdə 86 faiz azalma olub
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
“Kathimerini” qəzeti “Şahmat üçün karbohidrogen: “İnvestorlar qaza addımlayır”” başlıqlı xəbərində, “Şirkətlər niyə sürətli addım atmağa çalışırlar?” sualını qoyub. Qəzetin yazdığına görə, Afina administrasiyası Şərqi Aralıq dənizində son karbohidrogen fürsətini əldən verməmək üçün tələsərkən bölgədəki incə tarazlıqlara diqqət yetirməlidir.
Yunanıstanın Krit adasının cənub və cənub-şərqini hədəf aldığını bildirən nəşr, 7 noyabrda elan edilən NAVTEX-in Liviyaya doğru uzandığını bildirdi. Region “ExxonMobil”a artıq çoxdan maraqlıdır. Sözügedən məqam İsrail və Cənubi Kiprin böyük yataqlar kəşf etdiyi Herodot hövzəsinin davamıdır. Geoloji sübutlar Misirin 2015-ci ildə aşkar etdiyi nəhəng Zohr yatağına bənzər “qaz mənbələri”ni göstərir.
ABŞ-ın müdaxiləsi ilə Afina rəhbərliyinin əlinin daha da gücləndiyini müdafiə edən “Kathimerini”, üç ölçülü araşdırmanın hazır olduğunu və qazma qərarının tezliklə verilməsinin gözlənildiyini bildirib.
Xəbərə görə, “ExxonMobil”in rəhbərlik etdiyi qrup tərəfindən aparılan tədqiqat sahəsi 40 min kvadrat kilometrdir. Demək olar ki, Peloponnes qədər böyük olan ərazidə 280 milyard kubmetr təbii qaz olduğu təxmin edilir və bu rəqəm Yunanıstanın 50 illik ehtiyacını ödəyə bilər.
Yunanıstanın ən böyük adası Krit dərin sularla əhatə olunub. Tədqiqat sahəsində dərinlik təxminən 2500 metr, bəzi yerlərdə isə 3500 metrə çata bilər. Buna görə də ərazini tam dərinləşdirmək üçün çoxlu quyulara ehtiyac var. Hər bir geoloji qazmanın dəyəri 80-120 milyon dollar investisiya tələb edir. Bəzi ekoloji amillərlə bu rəqəm hətta 150 milyon dollara qədər yüksələ bilər.
Yunanıstanın neft şirkəti EDEYEP-in məlumatına görə, mümkün hədəflər Krit ətrafında dənizin altında, 1500 metr dərinlikdəki qayalıqlarda yerləşir.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə dünya nadir enerji böhranına sürükləndi və Qərb dövlətləri Moskvadan qaz və neft almağı dayandırdılar. “Kathimerini” hazırkı böhran dövründə yeni enerji mənbələrinə çatmağı zamana qarşı yarış kimi qiymətləndirib.