

SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
BP və SOCAR qiymətləndirmə aparacaq
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
Qaz satışı ilə bağlı cığallıq Moskvanın “siyasi təzyiq və ya qisas motivləri”dir
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
Kiyev Rusiyanın qaz kəmərlərindən birini kəsib
27 412 962 manat
“LUKoil”un keçmiş rəhbərlərindən biri müəmmalı şəkildə vəfat edib
Kremldən Avropaya xəbərdarlıq
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
“Gazprom Export” şirkəti ilə SOCAR arasında qış mövsümündə 1 milyard kubmetr qazın mübadilə edilməsi daxili bazarda mavi yanacağın mümkün pik istehlakı zamanı ehtiyacların stabil ödənilməsinə hesablanıb. Faktiki ölkələr arasında pik zamanlarda elektrik enerjisi mübadiləsi kimi.
Niyə bunu edirlər? Qeyd edim ki, enerjinin generasiyası kapitalyönümlü məsələdir. Elektrik və qazın istehsalı (əgər böyük yeraltı qaz anbarların yoxdursa) isə onun istehlakı ilə düz mütənasibdir, yəni nə istehsal etdin, gərək sata biləsən. Pik dövrün gərginliyini aradan qaldırmaq üçün generasiya qurğularına böyük xərc çəkib sonra onun imkanlarından istifadə etmədinsə, belə işin kommersiya rentabelliyi aşağı olur. Amma çatışmayan həcmləri qonşundan alıb sonra ona lazım olanda mübadilə etmək - hər iki tərəf üçün qarşılıqlı fayda deməkdir.
İkincisi, orada 1 milyard kubmetr göstərilməsi o demək deyil ki, məhz həmin həcm idxal ediləcək. Ola bilər 100 milyon kubmetr olsun, ola da bilər 999,99 milyon kubmetr. Axı qışın pik tələbat günlərini proqnoz etmək çox çətindir, özü də təkcə bizdə yox, elə Qərbdə də (ötən ilin oktyabrında Avropada qışın çox sərt keçəcəyi ilə bağlı verilən müxtəlif proqnozların heç biri praktikada özünü doğrultmadı)..
Sabaha +23 dərəcə istilik proqnozu var bu gün Azərbaycanda, demək qaza olan tələbat minimuma düşəcək. Necə ki, dünən +19C-yə qədər artım olmuşdu.
Amma hesab edirəm ki, qarşıdan gələn bazar ertəsi əgər “Azəriqaz” və “Azərenerji” gündəlik istehlakla bağlı (müqayisəli) açıqlama verərlərsə, cəmiyyəti inandırmaq məsələsində irəli addım atmış olarlar. Əks təqdirdə “görəsən bu qaz haqq hesabının arxasında nələr durur” kimi fərziyyələr qış mövsümü başa çatandan sonra da beyinlərdə cərəyan edəcək…