Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
00:58 | 10 may 2022 | Çərşənbə axşamı
Məqaləyə 1488 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
“LUKoil” şirkətinin keçmiş rəhbərlərindən biri – Aleksandr Subbotin müəmmalı şəraitdə dünyasını dəyişib. Fevralın 24-də Moskvanın Ukraynaya qarşı müharibəsi başlayandan bir sıra Rusiya biznesmenlərinin, əsasən də neft-qaz sahəsi ilə bağlı olanların dalbadal və müəmmalı ölümləri baş verib.
Mayın 9-da Moskva polisinə yaxın mənbələr bildirirlər ki, Subbotinin qanında hər hansı kimyəvi maddələrin olub-olmadığının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilib.
Subbotinin meyiti mayın 8-də Moskva yaxınlığında yerləşən Mıtışşi şəhərində bir evin zirzəmisində tapılıb.
Mənbələrin xəbərinə görə evin sahibi, həm də Şaman Maqua kimi tanınan Aleksey Pindyurin deyib ki, milyarder onun yanına içkinin və narkotik maddənin təsiri altında gəlib və şamandan meyxoşluqdan çıxmaq üçün ayinin icrasını xahiş edib.
Bundan üç ay əvvəl “LUKoil” şirkətinin təsisçisi və başçısı Vahid Ələkbərov Avstraliya və Britaniya ona və bir neçə başqa Rusiya maqnatlarına sanksiyalar qoyandan sonra istefa verib.
***
Elə həmin gün İspaniyadan alınan xəbərlərdə deyilirdi ki, Rusiyanın qaz nəhəngi Novatekin rəhbəri Sergey Protosenya, onun arvadı və qızının meyitləri ailənin Barselona yaxınlığındakı Loret de Mar şəhərində kirayələdikləri villada aşkar olunub.
55 yaşlı milyarder asılmış, arvadı və qızı isə bıçaqlanmış vəziyyətdə tapılmışdılar.
Aprelin 18-də “Gazprombank”ın vitse-prezidenti Vladislav Avayevin, onun arvadının və qızının meyitləri Moskva mənzilində tapılmışdı.
Polis bildirmişdi ki, mənzilin qapısı içəridən kilidli olub və Avdeyev əlində tapança ilə tapılıb. Müstəntiqlərin ilkin versiyası bu idi ki, biznesmen əvvəlcə arvadını və qızını, sonra isə özünü öldürüb.
Martın 24-də başqa Nijni Novqorod şəhərində bir Rusiya milyarderinin, “MedStom” tibbi təchizat şirkətinin sahibi Vasili Melnikovun, onun arvadının və iki oğlunun meyitləri tapılıb. Onlar bıçaqlanmışdılar.
Fevralın 28-də rusiyalı maqnat Mixail Uotford Britaniyadakı Sarrey şəhərində, öz evinin qarajında asılmış vəziyyətdə tapılıb.
Fevralın 25-də Rusiyanın Ukraynaya müdaxiləyə başlamasından bir gün sonra “Gazprom” şirkətinin rəhbərlərindən Aleksandr Tyulyakov Peterburq şəhərindəki evinin yaxınlığında asılmış vəziyyətdə aşkar olunub. Polis meyitin yanında intihar məktubunun olduğunu bildirmişdi.
“Gazprom” şirkətinin daha bir meneceri – Leonid Şulmanın meyiti Peterburq şəhərindəki koteclərdən birində tapılmışdı. Polis onun da intihar məktubu yazdığını bildirirdi.