
Bundan sonra isə sülh prosesidir
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
İki ölkə arasında ticarət dövriyyəsinin maksimal həcmi 2018-ci ildə olub. Həmin bu göstərici 389 milyon dollar çatmışdır. Sonrakı 2 ildə azalmalar olduğundan 2020-ci ildə 164 milyon dollar qədər enmişdir. Lakin yenidən ticarət dövriyyəsi sürətlə artmağa başlayıb. Belə ki, 2021-ci ildə Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsində 31,3 faiz, bu ilin yanvar-aprel aylarında isə 2,77 dəfə artım olub. Bu isə cari ilin ilk 4 ayında ticarət dövriyyəsinin 180 faizlik bir artım deməkdir.
Ticari dövriyyənin strukturunda isə ixracımız bütün illərdə idxalı üstələmişdir. Bunun da əsas səbəbi bu ölkəyə bahalı neft və neft məhsulları ixrac etməyimizdir. Müxtəlif illər üzrə idxal 20-37% idxal, ixrac 63-80 faiz nisbi bölgüsündə olmuşdur. İxracımızın 83 faizini neft və neft məhsulları, bitium tərkibli maddələr, mineral mummar, yerdə qalan hissəsini isə üzvi-kimyəvi maddələr, gübrələr və s. təşkil edir. İdxalımızı isə əczaçılıq məhsulları, müxtəlif maddələr, qara metallardan məmulatlar, paltarlar, ərzaq məhsulları, yerüstü nəqliyyat və s. təşkil edir. Eyni zamanda yanacaq idxal etdiyimiz ölkələr arasında Rumıniya da vardır. Premium benzinin bir hissəsi məhz bu ölkədən idxal edilir.
Yatırılan investisiyalara gəldikdə isə bu günə qədər Azərbaycan şirkətləri Rumıniya iqtisadiyyatına 125 milyon dollar, bu ölkənin şirkətləri isə Azərbaycan iqtisadiyyatına 30 milyon ABŞ dolları investisiya yatırıb.
Rumıniyaya investisiya yatıran şirkətlər arasında SOCAR lider mövqeyə malikdir. Belə ki, SOCAR Rumıniya iqtisadiyyatına 69 milyon dollar investisiya yatırıb. SOCAR-ın bu ölkədə 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq saxlama deposu da daxilolmaqla ümumilikdə Rumıniyada 700-dən çox işçisi var.
Rumıniya şirkətləri isə Azərbaycanda əsasən tikinti, inşaat, nəqliyyat sahələrində fəaliyyət göstərirlər.
Əksər ölkələrlə olduğu kimi Rumıniya ilə də iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial çox genişdir. Bir çox sahələrdə genişlənmələr mümkündür. Amma hazırda Azərbaycan tərəfinin ehtiyac duyduğu əsas istiqamət kənd təsərrüfatının inkişafı, burada məhsuldarlığın artırılmasına nail olmaqdır ki, bu işdə Rumıniya ilə əlaqələr ciddi töhfə verə bilər. Rumıniya kifayət qədər həcmə malik taxıl istehsalçısıdır. Orada bu sahə hərtərəfli inkişaf edib. Bu təcrübənin Azərbaycanın əksər yerlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə istifadə edilməsi yaxşı olardı. Çünki bu ölkə məhz kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ilə ciddi məhsuldarlıq göstəricilərinə malikdir.