«Uşaqlarımla təhdid edilirəm»
Türkiyədə 80 milyon dolları dələduzluqla ələ keçirən vəkil Azərbayana qaçdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyədə dələduzluq yolu ilə 150-dən çox adamı aldadan və onların 250 milyon TL-ni (təxminən 80 milyon dollar) dələduzluq yolu ilə ələ keçirən vəkilin Azərbaycana qaçdığı bildirilir. Virtualaz.org xəbər verir ki, bu haqda "Sabah" qəzeti yazıb.
Konya Barosunun (Vəkillər Kollegiyasının) üzvü olan, lakin törətdiyi dələduzluq əməllərinə görə kollegiyadan xaric edilən Burak Yankınla yanaşı nişanlısı və iki qardaşı da bu dələduzluq işində fiqurantdır. İş üzrə cəmi 9 nəfərin adı keçir. Yankın və digərlərinin barəsində 28 il həbs cəzası tələb edilir. İşə İstanbul məhkəməsi baxır.
Zərərçəkənlərdən İlkay Y. məhkəməyə ifadəsində deyib ki, Burak Yankın üzərinə həbs qoyulmuş avtomobilləri hərracdan ucuz qiymətə alaraq özünə cüzi gəlir götürməklə ona satacağı ilə aldadıb. Digər zərərçəkən Veysi Z. vəkilin avtomobil kirayəsi ilə məşğul olan şirkətlərdən avtomobilləri götürüb onlara verdiyini deyib. Mehmet. A. adlı zərərçən isə deyib ki, dost-tanışdan borc topladığı 5.5 milyon TL-ni dələduza qapdırıb. «Həyatım məhv oldu, borclulardan aldığım təhdidin sayı-hesabı yoxdur. Uşaqlarımla təhdid edilirəm», - o deyib.
Lüks arabalar düşkünü kimi tanınan Yankının Azərbaycana qaçdığı təxmin edilir. Onun barəsində fərqli məhkəmələrdə cəmi 62 iddia qaldırılıb.