Maşın bazarında son vəziyyət
«20 minə satdığımız maşını isə 12 minə sata bilmirik»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qaz gəlirləri 4 dəfə artıb
Gömrük Komitəsi hesabat yaydı
-
Gömrük ona həvalə olundu
Şahin Bağırov DGK sədrinin vəzifənin müvəqqəti icra edəcək
-
... İlk ikisi üçün bilikdən çox həyasızlıq lazımdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
-
Səfər Mehdiyevi vəzifəsindən azad edildi
Prezident Dövlət Gömrük Komitəsinin sədri ilə bağlı sərəncam verdi
-
Külli miqdarda rüşvət alma ...
DTX Gömrük Komitəsində vəzifəli şəxslərin həbsi ilə bağlı rəsmi məlumat yayıb
-
İxrac 3 milyard dollar artıb
Ötən ay Azərbaycanda qaz gəlirləri neft gəlirlərini ötüb
-
Qazanc 803 faiz çoxdur
Yanvarda Azərbaycan qazını 500 dollara yaxın qiymətə ixrac edib
-
Rusiyadan təhlükə var
Çiçək xəstəli yayılıb
-
“Şeraton” görüşündə şəffaflıq istəyi
Gömrük Komitəsinin şəxsləri ilə iş adamları nələri müzakirə etdilər?
-
Qiymətlər artıb, yoxsa ...?
Maşın bazarında vəziyyət necədir?
-
Xaricdən niyə bu qədər ərzaq alırıq?
Ötən ay 100 milyon dollara yaxın qiymətdə məhsul idxal olunub
-
Kərə yağı ən azı 2 manat ucuzlaşacaq
Gömrük rüsumları 15 faizdən 5-ə endirildi
-
Fransada görünməyən yağ böhranı
Azərbaycan inhisarçılarının günahsız olduğu üzə çıxdı...
-
«Nisyə dəftərində yer qalmayıb»
Kərə yağı bahalaşdı, camaat yenidən marqarinə keçir
-
«... Azərbaycan sadiqliyini sübut edib»
Amerikalı diplomat: «Əməkdaşlıq etdiyimiz 18 ildə ...»
-
Vergilərin proqnozu «tutub»
Gömrükdə isə 18 faiz artım var
Azərbaycanda Avro-4 standartlarının tətbiq olunması və xaricdən avtomobil alışına məhdudiyyətlərin qoyulması, dolların manat qarşısında bahalaşması maşın bazarını böhran vəziyyətinə salıb. Təkcə Gömrük Komitəsinin və Gürcüstan Milli Statistika Komitəsinin məlumatlarına nəzər salsaq, avtomobilin idxalında kəskin azalmanın olduğunun şahidi olmaq olar.
Avtomobil satışı ilə məşğul olan İlham Kərimov bildirib ki, bazarda həm qiymətlər, həm də alıcılıq qabiliyyəti olduqca aşağıdır: «Avtomobillərin qiyməti kəskin aşağı düşüb. Belə ki, əvvəllər 10 min manata satılan avtomobillər bu gün 6-7 min manat arasında satılır. Bundan başqa, kəskin azalma həm Rusiya istehsalı olan avtomobillərdə, həm də xarici avtomobillərdə müşahidə olunur. Alıcılıq qabiliyyəti də aşağıdır. Bazara gələn potensial alıcı isə ancaq ucuz, balaca avtomobil alır, çünki pulunu itirməkdən qorxur.
Qiymətin enməsinə rəğmən, böyük, bahalı avtomobillərin (CİP, PRADO) alıcısı da yoxdur. Onu da deyim ki, əgər balaca maşınların qiyməti 2000-3000 manat düşübsə, böyüklərdə isə bu rəqəm 10-15 min manat arasında dəyişir. Bundan əvvəl 2008-ci il istehsalı olan PRADO-nu 28-30 min manata almaq mümkün idisə, indi bu avtomobillərin qiyməti 21-22 min manata düşüb».
Başqa bir satıcı Nazim Şabanov isə həmkarının əksini düşünərək, bazarda alverin satıcının bacarığından asılı olaraq dəyişdiyini bildirib: «Bazarda yaxşı alver var. Maşın almaq istəyən alır. Almayanlar isə sadəcə ziyarətçi kimi bazara gəlir və sonra çıxıb gedir. Onu deyim ki, maşından başı çıxmayan biri heç vaxt alver edə bilməz. Bacaran satır. Alver yoxdur söhbəti isə yalandır. Lap yaxşı alver gedir».
N.Şabanov dolların ucuzlaşacağına, bazarın dirçələcəyinə də əmin olduğunu bildirib: «Avtomobilə ehtiyac həmişə var. Elə buna görə, alver də dirçələcək».
Daimi müştərilərdən bir neçəsi bildirib ki, əsasən bazarda alver şənbə-bazar günləri səhər saat 5-6 da başlayır. Çünki real alıcı bilir ki, bu vaxtı bazarda daha ucuz avtomobil tapa bilər. Günorta 12-1-də isə bazar seyrəkləşir.
Qeyd edək ki, biz bazara gedəndə çərşənbə axşamı olduğundan alıcı tapmaq müşkül məsələ idi.
Avtosalonların birində administrator çalışan Ramin Tahirov isə qeyd edib ki, hazırda bazarın 50 faizi boşalıb: «Hazırda bazarın vəziyyəti acınacaqlıdır. Böhran müşahidə olunur. Son 3-4 ay ərzində bazarın 50 faizi boşalıb. Bahalı maşınların satışı azalıb. Demək olar ki, bütün satış üzrə vəziyyət zəifləyib.
Manat kursun dəyişməsi də buna təsir edib. Alıcılar bahalı avtomobilə investisiya etməkdən qorxur. Əlindəki vəsaiti itirməmək üçün isə ya o vəsaiti saxlayır, ya da daha ucuz avtomobil alır. Belə deyək əlacsızlıqdan ucuz maşın alır.
Bir ay bundan əvvəl 65 min manata satılan avtomobilin qiyməti 60 min manata düşübsə, alıcı artıq başa düşür ki, növbəti mərhələdə 60 minlik maşının qiyməti 55 min manata belə düşə bilər. Yəni, qısası bahalı maşın alsa pulunu itirəcək. Əslində alıcıları da başa düşmək olar, onlar pullarını itirmək istəmirlər.
Tahirov maşın bazarında böhranın ola biləcəyini də istisna etmir: «Bütün satış dövrü belə getsə, bazar zəifləyəcək. Maşınların qiyməti düşdükcə, satışlar da zəifləyir. Avtosalonların bir neçəsi artıq bağlanıb. Belə ki, alıcılıq qabiliyyətinin zəifləməsi onların gəlirlərini azaldıb, amma xərcləri (icarə pulu, su xərci) sabit qalıb. Vəziyyət bu cür davam etsə, daha bir neçə avtosalonların bağlanması istisna deyil. Yəni, güclü salonlar zəifləyə, zəifləri isə bazardan çıxa bilər».
«İmperial Car» şirkətinin rəsmisi İlham Tağıyev hazırda qiymətlərin Gürcüstanın maşın bazarından belə ucuz olduğunu, amma bazarın dayandığını bildirib: «Bazarda vəziyyət dayanma nöqtəsindədir. Avtomobillərin qiymətləri hər gün düşür. Belə ki, bu gün biz əvvəllər 40 min manata satdığımız maşını 20 minə, 20 minə satdığımız maşını isə 12 minə sata bilmirik. İndi Gürcüstandan maşın gətirən yoxdur, yerli bazarda qiymətlər ondan da ucuzdur, amma bununla belə, alıcı yoxdur».
Tağıyev müştərilərin ucuz olmasına rəğmən belə, bahalı maşın ala bilməməsinin səbəbini banklar tərəfindən avtokreditlərin verilməsinə marağın azalması ilə əlaqələndirib: «Qabaqlar bahalı maşın alan müştəri pulun bir hissəsini bankdan kredit götürməklə ödəyirdi, bu gün isə vəziyyət dəyişib. Real alıcı da əlində olan nağd pulla ucuz avtomobil almaqla kifayətlənir».
«Bizim evimizi yıxan avtokreditlərin verilməsinin bəzi banklar tərəfindən marağın azalması və xaricdən avtomobil idxalına qoyulan qadağalar oldu», - deyə, o qeyd edib.
Məlumat üçün bildirək ki, Turbo.az saytının rəhbəri Anar Nəziyev bildirib ki, hazırda maşınların satışları 3-dəfəyə qədər azalıb: «Əgər əvvəllər 500 ədəd avtomobil satılırdısa, indi isə bu rəqəm 100-dən aşağıdır. Bazarda avtomobil satanlar çoxdur. Buna səbəb isə dollar bahalaşdığına görə, kreditləri ödəməkdə çətinlik çəkən müştərilərdir. Faktiki olaraq isə, bazarda avtomobil alan yoxdur. Hazırda maşınların alqı-satqısından daha çox dəyişdirilməsindən söhbət gedə bilər», - deyə, Nəziyev qeyd edib.