vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KRİMİNAL, CİNAYƏT  
21:10 | 14 oktyabr 2017 | Şənbə Məqaləyə 2791 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəsait ələ keçdi

4 aylıq həbs qətimkan tədbiri

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda özəlləşdirilmiş, «kupçalı» torpaq sahələri satmaq adı altında onlarla vətəndaşı aldadıb pullarını mənimsəyən, özünü olduqca yüksək mənsəbli şəxslərin adamı kimi qələmə verən Vəsait (yaxud sənədlərə əsasən Vəsahid) Məlikov nəhayət yaxalanıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata əsasən məhkəmə Vəsait Məlikovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

«Bakı şəhər Prokurorlugunun İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1 maddələri ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Məlikov Vəsahid Vəlican oglu barəsində, dünən 13 oktyabr 2017-ci il tarixdə Səbail rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib»-məlumatda bildirilir.

Xatırladaq ki, Vəsait Məlikovun əməlləri barədə redaksiyamıza müraciət edən vətəndaşların danışdıqlarına və təqdim etdikləri sənədlərə əsasən virtualaz.org ötən buraxılışlarında yazıb. Bu şəxsin fəaliyyət arealı əsasən Bakının Xəzər rayonunun ərazisi olub.

V.Məlikov Abşeron Rayon İcra Hakimiyyətindən əkinə yararlı torpaqları guya kənd təsərrüfatı təyinatı adı altında uzunmüddətli icarəyə götürüb. Sonra həmin torpaqları bölərək «özəlləşdirilmiş torpaq mülkiyyəti» adı altında ayrı-ayrı vətəndaşlara satıb. Həmin şəxslərdən pulu alıb və torpağın «kupçasını» daha sonra düzəldəcəyini vəd verib. Lakin bir müddət keçəndən sonra torpaq satdığı şəxslərə Abşeron rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqavilələrinin surətini və həmin torpaq sahəsinə dair notarius müqaviləsini verib.

Aldadılan şəxslər V.Məlikovdan ya «kupça»nı, ya pulu geri tələb edəndə isə o, müxtəlif bəhanələrlə yayınıb, daha sonra «əhatə dairəsindən» çıxıb. Nəticədə Vəsaitin əməllərindən zərər çəkənlərin bir qrupu, o cümlədən Bakı sakini Firuz Hümbətov, Mərdəkan sakini Aleksandr Litvinov, Kənan Məşədiyev və digərləri onun barəsində hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bu şikayətlər əsasında cinayət işi qaldırılıb. V.Məlikovun eyni sxemlə bəzi iri tikinti şirkətlərini də aldatmağa nail olduğu üzə çıxmışdı.