Jirinovski Sərkisyan kimi danışdı
«Dağlıq Qarabağ probleminin həlli yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jirinovski öldü
Qalmaqallı deputat fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı
-
Jirinovski “yenə” niyə öldü?!
... Yaxud siyasi oyunbazın, siyasi oyuncağı
-
“Heç kimə bəlli deyil”
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
-
“Axsaq atın kor nalbəndidir”
Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi
-
Köçəryana qarşı ifadələr?!
İrəvanda yüksək vəzifəli məmurlar dindirilir
-
Jirinovski Türkiyəyə gedir
Ərdoğanın inauqurasiyasında iştirak etmək üçün …
-
Rusiyadan Sərkisyana daha bir zərbə
Karapetyan respublikaçıların sıralarından çıxdı
-
“Heç nə alınmayacaq”
Jirinovski: “Ermənilər Paşinyanı gətirdiklərinə peşman olacaqlar”
-
“İrəvan quberniyası yaransın”
Jirinovski: “Ermənilər daha betər hakimiyyət alacaqlar”
-
Ermənistan qurtuldumu?
Hər şey ondan asılıdır ki, gərək, proseslər başa çatsın və kimin kim olduğu bilinsin
-
Paşinyan İrəvanı yenidən ayağa qaldırdı
Etrazçılar aeroport yolunu bağladı, indi də Karapetyana qarşı
-
Rəsmi Bakı Xocalı canisi üçün hərəkətə keçə bilər
Ekspert: “Sərkisyanın hər hansı bir ölkədən Azərbaycana gətirilməsi mümkündür”
-
“Qarabağda hər an döyüş başlaya bilər”
Polkovnik Şair Ramaldanov: “Ermənistanın rəhbəri dəyişsə də, siyasəti dəyişməyib”
-
Sərkisyanın şərəfinə “son zəng”
Erməni qadınlar İrəvanda “qazan döyəcləmə” aksiyası keçirdi
-
Jirinovskinin alimlərdən gülməli istəyi
RLDP sədri Moskvadan İrəvana metro xətti çəkməyi təklif etdi
-
“Ümidlənməsinlər”
Nikol Paşinyan Ermənistanın hakim partiyasına yeni ultimatum verdi
«Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq». «Sputnik-Azərbaycan» xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski «Dəyişən dünyada inteqrasiya prosesləri» mövzusunda aparılan panel diskussiyada çıxış edərkən deyib.
Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb.
RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır: «Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur».
Onun sözlərinə görə, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir.
«Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsünüz ki, burada əsas məsələ SSRİ-nin qeyri-qanuni parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu, mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır», – deyə deputat bildirib.
«Mən Azərbaycanı salamlayıram. Oranın rəhbəri İlham Əliyevi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMU) məzununu, onun atasını yaxşı tanıyıram. Amma onların problemləri uzun müddət qalacaq. Qüds problemini həll etmək mümkündür? Yox. Yəhudilər hesab edirlər ki, bu, onların şəhəridir, paytaxtıdır, ərəblər isə hesab edirlər ki, onlarındır», – deyə Rusiya liberallarının lideri əlavə edib.
V.Jirinovskinin bu bəyanatı Cenevrədə prezident İlham Əliyevlə danışıqlardan dərhal sonra Ermənistan prezidenti Serj Sərkisyanın verdiyi bəyanatla səsləşir. Xatırladaq ki, İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətdə S.Sərkisyan demişdi: «Problemin həll variantı ilə bağlı hər hansı konkret razılaşma yoxdur».
«Qarabağ münaqişəsində heç vaxt sadə həll qərarı olmayacaq», - deyə Ermənistan prezidenti onda əlavə etmişdi.