vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:32 | 24 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2021 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Döyüş meydanından döyüş meydanına?!

Geri qayıdan İD döyüşçüləri nə dərəcədə təhlükəlidirlər?

MÖVZU İLƏ ƏLAQƏLİ

Özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşma de-fakto paytaxtları - Raqqa şəhərini tərk etməyə məcbur oldu. Qruplaşma üç il sürən dəhşətli döyüşlərdən sonra torpaqların böyük hissəsini itirib.

Doktor Lorenzo Vidino onların qaçdıqları ölkələrdə nə dərəcədə təhlükəli olacaqlarına nəzər salır.

İŞİD İraq və Suriyada sürətlə gücünü itirdikcə, dünyanın müxtəlif yerlərində təhlükəsizlik qüvvələrini bir sual narahat edir: bəs döyüşçülər nə ilə məşğul olacaqlar?

İŞİD-ə xaricdən təqribən 30.000 döyüşçü qoşulub və bu döyüşçülərin evlərinə qayıtdıqdan və ya başqa yerə köçdükdən sonra, mənsub olduqları «xilafət» aqibətinin qisasını çıxmaq üçün terror hücumları törədib-törətməyəcəkləri müəmmadır.

Proqnoz vermək çətin olsa da, bu İŞİD-çilərin dəyişən taleyi qlobal təhlükəsizliyə şübhəsiz ki, ciddi təhlükə olacaq.

 

Sərhəd üzərində

 

ABŞ terrorla mübarizə rəsmilərinin qiymətləndirilməsi də daxil olmaqla, bəzi xarici döyüşçülərin Suriya və İraqda qalacağını göstərən əlamətlər çoxdur.

Böyük Britaniya təhlükəsizlik xidməti MI5-in rəhbəri bu həftə bildirib ki, İŞİD-ə qoşulan 800 britaniyalıdan çox azı geri qayıdıb və onlardan ən az 130 nəfəri döyüşlərdə ölüb.

Qalan xarici döyüşçülər çox güman ki, İŞİD-in təxminən 10 il əvvəl yarandığı ilk günlərdəki kimi qrup şəklində mübarizəyə davam edəcəklər: terror hücumlarından vətəndaş müharibəsinə qədər müxtəlif ölümcül hadisələrə səbəb olan qüvvə şəklində.

Mosul və Raqqa uğrunda döyüşlərdə ən böyük şücaət göstərən də elə xarici döyüşçülər olub.

Onların bir çoxu hazırda İraq məhkəmələrində sorğu sual edilirlər. Vətəndaşı olduqları ölkələrdə qanuni və mənəvi dilemma yaratmaq ittihamı ilə bəzilərinə ölüm hökmü kəsiləcək.

Lakin «xəlifəliyi» Türkiyə və Suriya arasındakı 822 km-lik uzun sərhəd vasitəsilə qaçan döyüşçülər də çoxdur.

Əvvəlkinə nisbətən Türkiyə əraziyə daha gücləndirilmiş rejimdə nəzarət edir.

Amma dağlıq ərazi və inkişaf etmiş qaçaqmalçılıq şəbəkələrinə görə sərhədi keçmək bir o qədər də çətin deyil.

İŞİD-in Türkiyə ərazisində dəstək şəbəkəsi çox güclüdür.

Suriyadan xarici döyüşçülərin çıxarılmasında əsas rolu məhz bu şəbəkə oynayır.

Ötən üç il ərzində ölkə boyunca baş verən qanlı hücumlara nəzər salsaq, Türkiyə hakimiyyəti bu axından haqlı narahatlıq keçirir.

İordaniya və Livan kimi qonşu ölkələr də eyni qorxu ilə üzləşirlər.

Suriya və İraqı tərk edən döyüşçülərin müxtəlif son mənzil istiqamətləri var.

Dəlillərə görə bəzi döyüşçülər İŞİD-in Yəmən, Sinay yarımadası, Şimali Qafqaz və Şərqi Asiyada yaratdığı «vilayətlərə» qoşulub.

Keçən il ABŞ-da aparılan hesablamalara əsasən qrup Liviyada 6500 və Əfqanıstanda yüzlərlə döyüşçüyə malikdir. ABŞ ötən il Əfqanıstandakı tunellərdə hücum vaxtı 94 döyüşçünün öldürüldüyünü deyirlər.

Konqo Demokratik Respublikası, Myanma və Filippin kimi uzaq ölkələrdə baş verən konfliktlər ilə İŞİD arasında əlaqə barəsində fikirlər də mövcuddur.

Bu ərazilərə xarici döyüşçülərin gəlməsi yerli cihadçı qrupların güclənməsinə və bəzən dəhşətli nəticələrlə müşahidə olunan çaxnaşmalara səbəb ola bilər.

 

Həssas ölkələr

 

Bəzi xarici döyüşçülər isə öz ölkələrinə qayıtmağa üstünlük verirlər.

Onlardan bəzilərinə hərbi fəaliyyət qadağan olsa da, digərləri gizli şəbəkələr quraraq hücum edə və yerli şərtlərdən asılı olaraq, ölkənin siyasi vəziyyətini dəyişə bilərlər.

Bu risk qarşısında ən həssas olan region isə Şimali Afrika ölkələridir. Onlardan biri Tunisdir ki, 6 min vətəndaşı İŞİD-ə üzv olub. Adambaşına İŞİD-ə qoşulanların sayına görə Tunis dünya lideridir.

Körfəzin ərəb ölkələri də bu növ zərbəyə məruz qala bilərlər.

Rusiya, Qafqaz və bir neçə Mərkəzi Asiya ölkələrinin də təsirə düşmək şansı böyükdür.

Döyüş meydanında mühüm rol oynayan bəzi İŞİD döyüşçüləri məhz bu ərazilərin sakinidir.

 

Avropa üçün hədə

 

Avropalı rəsmilər 6 min avropalı xarici döyüşçünün dönüşünü, böyük təhlükəsizlik qayğısı kimi qiymətləndirirlər.

İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutunun apardığı araşdırma və Corc Vaşinqton (George Washington) Universitetinin Ekstremizm Proqramına əsasən, «xilafətin» 2014-cü ildə elan olunduğu gündən indiyə qədər Qərbə qarşı hücumların təşkilatçılarından beşdə biri xarici döyüşçü olub.

Amma bu, dəyişə bilər, belə ki, geri qayıdanların - hazırda təqribən 1000 nəfərdir - sayı artır.

Onların bir çoxu zorakı fəaliyyəti davam etdirmək istəmədiklərini desələr də, döyüşçü kimi bacarıqlarından yararlana bilərlər.

Amma onlar, geniş tanışlıq şəbəkəsi və cihadda marağı olan həvəskarlar arasındakı «şöhrət statusundan» istifadə edərək terrorist hücumları planlaya bilərlər.

İŞİD-in ərazi itkisi bu yüksək saylı azad hərbçilərin əməliyyat qabiliyyətinə yəqin ki, bir o qədər də təsir göstərməyəcək.

 

Qanuni dönüş

 

Böyük problemlər mövcud olsa da, avropalı rəsmilər geri qayıdan döyüşçüləri daha tez müəyyənləşdirmək üçün yeni üsullar inkişaf etdiriblər.

Türkiyə ilə artan əməkdaşlıq sayəsində, bir çox hərbçini uzağa getmədən yaxalamaq mümkün olub.

2015-ci ilin noyabrında Parisdəki hücumların təşkilində iştirak edənlərin bəziləri kimi, bir neçə döyüşçü Avropaya qeyri-qanuni yolla və ya qaçqın kimi daxil olub.

Fəqət əksər xarici döyüşçülər Avropaya qanuni yolla gəlirlər və adətən Avropa pasportlarından istifadə edirlər.

Onları həbs etmək məsələnin ən asan həlli ola bilər, lakin reallıq həqiqətən də çox qarışıqdır.

Britaniya Daxili İşlər Nazirliyi, misal üçün, keçən il Suriya və İraqdan qayıdan 400 britaniyalı arasında 54 nəfərin həbs edildiyini bildirib.

Qitə boyunca bənzəri dinamika müşahidə olunur.

Bəs rəsmiləri, geri qayıdan döyüşçülərin həbs, təqib və ya hökm edilməsi fikrindən yayındıran nədir?

Bu daha çox hüquqi məsələdir. Millət vəkilləri daim dəyişən hədə mühiti ilə ayaqlaşmaqda çətinlik çəkirlər.

Deputatlar ölkədən-ölkəyə fərqlənsə də, onlar ümumi problemlərlə üzləşir.

Bəzi ölkələrdə fərdlər Suriyaya gedən əsnada terrorçu təşkilata və ya xarici münaqişəyə qoşulmaq cinayət sayılmırdı.

Bir neçə ölkə o zamandan bəri yeni qanunlar qəbul etsə də, həmin qanunları köhnə tarixlər tətbiq oluna bilməz.

Hətta bu hərəkətlərin cinayət sayıldığı ölkələrdə belə, rəsmilər cinayət işi açmaq üçün dəlillər toplamaqda çətinlik çəkirlər.

Kiminsə İŞİD-ə qoşulduğu və ya Suriyada vəhşilik törətməsini bilmək kəşfiyyat baxımından bir məsələ - şübhəni məhkəmədə sübuta yetirmək başqa bir məsələdir.

Əgər «xilafətdə» doğulan və ya böyüyən uşaq varsa, məsələ daha da qəlizləşir.

Qanun əsasında uşaqların bir çoxuna cəza düşməsə də, yaşadıqları travma ucbatından onlar xüsusi diqqətə layiqdirlər.

Bəzi hallarda isə gənc yaşlarına rəğmən, uşaqlar ciddi radikalizmdən əziyyət çəkir.

Əvəzində Avropa boyunca rəsmilər geri qayıdan xarici döyüşçülərin deradikalizasiya proqramlarına yatırımlar edirlər.

Onlardan bəziləri səmərəli tanınsa da, digərləri effektiv nəticə verib.

Onlardan biri Danimarkanın Aarhus şəhərində reabilitasiya və cəmiyyətə inteqrasiya xidmətləri təklif edir.

Fransanın 12 deradikalizasiya mərkəzi planı isə təxirə salınıb.

 

Gələcəyə baxış

 

Ərazisinin böyük hissəsini itirmək İD üçün böyük zərbədir.

Bununla belə, qrup və onun tərəfdarları hələ də dünyanın müxtəlif yerlərində işlərini davam etdirirlər və çox güman ki, yaxın gələcəkdə daha çevik və qəddarlıqla edəcəklər.

İŞİD daha çox mərkəzsiz amorf təşkilata çevrilərək asimmetrik şəkildə fəaliyyətini davam etdirəcək, amma yox çıxmayacaq.

Kritik çətinliklərə baxmayaraq, təşkilatın «virtual xilafəti» adlanan güclü rəqəmsal mövcudluğu müəyyən bir şəkildə davamlılıq göstərəcək və dünyanın hər tərəfindən tərəfdar toplayaraq daha çox terror hücumları təşkil edəcək.

«Xilafətin» dağılması bir fəsli bağlaya bilər, amma yeni birinin açılması an məsələsidir.