
Fransada türklərin sayı milyona yaxınlaşır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Böyükşəhər Bələdiyyəsini əhatə edən cinayətlər çərçivəsində həbslərin ikinci dalğası
İnsanlar gecəni küçələrdə keçirdilər
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı son dəqiqə açıqlaması
Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimi hətta Ermənistandan da daha çox, deyəsən, məhz İran rəhbərliyini narahat edib.
Bunu ayətullah Xameneyinin əmri ilə İranın bütün güc strukturlarının keçirdiyi birgə toplantıda çıxış edən rəsmi şəxslərdən birinin ali dini rəhbərin adından səsləndirdiyi belə bir fikirdən də görmək mümkündür: “Rəhbərin göstərişi budur ki, Azərbaycana xüsusi diqqət yetirin”.
Bəli, biz ənənəvi molla siyasətinin bundan sonra daha da məkrli şəkildə davam etdirilməsinin şahidi olacağıq. Azərbaycana qarşı psixoloji-siyasi təzyiqləri daha da artırmaq, Ermənistana isə daha çox qucaq açmaq siyasəti yürüdüləcək.
İranın bu xətdən geri çəkilmək fikri yoxdur. Çünki mollalar özlərinə “dayan!” əmri verməyi, ziyanın yarısından vaxtında geri qayıtmağı, yanlış siyasətdən əl çəkməyi, öz düşüncə və siyasətlərini yeniləməyi, “yurdda sülh, cahanda sülh” anlayışı ilə hər şeyə yeni başdan başlamağı bacarmırlar.
Mollalar yeni təfəkkür tərzinə keçid etməyə hazır deyillər. Onlar rejim daxilində köklü islahat aparmağı, rejimin aqressiv xarakterini mülayim siyasətlə əvəzləməyi, özlərini yeni çağırışlara uyğun transformasiya etməyi bacarmırlar. Mollaların bədbəxtliyi, rejimin faciəsi də məhz bundadır.
Keçmiş “şər imperiyaları”ndan biri – Sovetlər İttifaqı da vaxtilə məhz belə bir aqibəti yaşadı. Politbüroda oturan qartımış qocalar (Brejnev, Andropov, Çernenko, Qromıko, Suslov və b.) sovet rejiminin daxilində islahatlar apara bilmədilər, ona görə də rejim “durğunluq” dövrü ilə üzləşdi, gorbagor Qorbaçov isə iflas ərəfəsində olan sovet dövlətini birdən-birə radikal surətdə yeniləməyə, onu yenidən qurmağa başlayanda isə, bu cür radikal dəyişikliyə hazır olmayan rejim çökdü, Sovetlər Birliyi dağıldı.
İndi İranı idarə edən (əslində isə idarə edə bilməyən) qoca ayətullahlar da sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşiblər.
Və ayətullahlar bu durumun, bu böhranın real səbəblərini axtarıb tapmaq, öz yanlış siyasətlərindən vaxtında əl çəkmək əvəzinə, nədənsə, bütün acıqlarını məhz Azərbaycandan çıxmağa çalışırlar.
Bəlkə də bu rejimin (İranın fars-molla rejimi) başbilənləri hətta gecələr yuxularında da məhz “Zəngəzur dəhlizi” və “qırmızı xəttimiz” deyib sayıqlayırlar.
Sayıqlamalar isə sonun başlanğıcıdır.
Mollaların yanlış seçimi (Azərbaycanı deyil Ermənistanı dəstəkləmələri) geosiyasi məntiqə də, ilahi ədalət prinsipinə də ziddir. Bu isə sonda nəinki sayıqlamaqla, hətta sarsıdıcı məğlubiyyətlə də nəticələnə bilər. Axı ilahi ədaləti heç kim poza bilməz!