vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
09:36 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 3122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əbiyevçi»lərin həbsi davam edir

Hərbi Dəniz Qüvvələrinin iki yüksək vəzifəli zabiti qandallandı; vitse-admiral Şahin Sultanovun da həbs ediləcəyi xəbəri yayılıb

E.MƏMMƏDƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksək rütbəli zabiti həbs edilib. HDQ-nin II dərəcəli kapitanı, polkovnik-leytenant Seyfi Ramazan oğlu Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilib. S.Hüseynov HDQ-nin ərzaq təminatı xidmətinin rəisi vəzifəsində çalışıb. II dərəcəli kapitan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Bu haqda aznews.az məlumat yayıb.

Xatırladaq ki, həbs olunan zabit keçmiş müdafiə naziri Səfər Əbiyevin və HDQ-nin komandiri, vitse-admiral Şahin Sultanovun yaxın adamı kimi tanınır.
Bu həbsdən 3 gün əvvəl isə sabiq müdafiə nazirinə yaxın  daha bir kadr tutulmuşdu. Hərbi Dəniz Qüvvələrinin miçmanı, «kod 555» adı ilə tanınan keçmiş hərbçi Elxan Hacıyev dövlət əmlakını mənimsəməkdə, tutduğu postdan istifadə edərək vətəndaşları aldatmaqda ittiham edilərək, barəsində həbs-qətimkan tədbiri seçilib. E.Hacıyev HDQ komandiri, vitse-admiral Şahin Sultanovun da yaxın adamı kimi tanınıb. Onun oğlu Rövzat Hacıyev HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyir. 
Xatırladaq ki, E. Hacıyev vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs edilən «İnamla hüquq» MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində iddiaçı tərəfin şahidi kimi ifadə verib. B.Məmmədov evləri plana düşmüş sakinləri müdafiə etdiyi üçün Ş. Sultanovun şikayəti əsasında həbs olunub. Məhkəmə hüquq müdafiəçisini 8 il müddətinə azadlıqdan məhrum edib. E. Hacıyevin Bayraq Meydanının tikintisi ilə əlaqədar hərbi hissənin köçürülməsi üçün dövlət tərəfindən ayrılmış vəsaitin mənimsənilməsində iştirakı haqda da mediada məlumatlar yer alıb. E. Hacıyevin adı hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satışı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına sənədləşdirilməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə villalar alması, hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlətmələri, işçiləri rüşvətlə vəzifələrə təyin etmələri, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması və s. kimi cinayətlərdə də hallanıb. 
Belə məlumatlar var ki, E.Hacıyevə Şahin Sultanovun əleyhinə ifadələr verməsi təklif olunub. E.Hacıyevin onun əleyhinə ifadə verməsindən asılı olmayaraq yaxınlarda Şahin Sultanovun da istintaqa cəlb ediləcəyi gözlənilir. 
E.Hacıyevin həbsindən 10 gün əvvəl isə Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəisi, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.  Barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.