«Kalonasla Kamranın göndərilməsinin səbəbi...»
««Rəvan»la oyunda stadionda idi»
Rövşən ƏHLİMANOĞLU, Bakı-Zaqatala-Bakı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
«Qarabağ» «Barselona»nı da geridə qoydu
Ağdamlılar Çempionlar Liqasında altıncı oldu
-
İdmana qarışan siyasət...
... yaxud «Qarabağ» nə etməlidir?
-
«Qarabağ» həqiqəti və futbol həqiqəti
Qalib olmaq istəyirsənsə, bəhanə üçün kiçicik şans belə vermə!
-
… Siyasəti futbollaşdırın!
Futbolu siyasiləşdirmək yerinə, …
-
«Heç vaxt elə addım atmaram»
Qurban Qurbanov: «Heç nəyi dəyişmək mümkün deyil»
-
««Qırmızı»ların sayı artıb...»
Qurban Qurbanov: «Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq»
-
Uduzsan da bizi utandırmadın «Qarabağ!»
Bilirsiniz mən nəyə sevindim?
-
Kontedən gözlənilməz addım
«Çelsi» BOS-dan imtina etdi
-
«... saqqalımı qırxacam»
Konte: ««Çelsi» «Qarabağ»a uduzsa, ...»
-
«Heç vaxt «heç vaxt» deməyək»
İtaliya mətbuatı «Qarabağ» haqda ...
-
«İndi daha aqressiv ...»
De Rossi: ««Qarabağ» göstərdi ki, asan rəqib deyil»
-
«Rəqibin müdafiə xətti, xüsusilə ...»
Simeone «Qarabağ»da kimi bəyənib?
-
«Bizə də problem yaratmışdılar»
«Roma»nın baş məşqçisindən etiraf ...
-
«Onlar milyardları belə taladılar»
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
-
Qanlı atışmanın sirli detalları
Müşfiq Mədətov ona hücum edilmədiyini və şikayətçi olmadığını dedi; Hafkanın da adı qarışan cinayətin təfərrüatları
«Bakı»nın baş məşqçisi Milinko Pantiçin futbolinfo.az saytına müsahibə verib. Serbiyalı mütəxəssis ölkənin idman ictimaiyyətini maraqlandıran suallara aydınlıq gətirib.
- Zaqatala təəssüratlarınız necə oldu?
- Mən Zaqataladan çox yaxşı təəssüratlarla ayrılıram. Bizim üçün hər bir şərait yaradıldı. İnsanları mehriban, qonaqpərvərdi. Mən özüm də şəhər uşağı deyiləm, rayonda doğulub, böyümüşəm. Belə şəraitə öyrəşmişəm. Hər səfərdə Azərbaycanın bir gözəl güşəsini tanıyıram.
- Futbola görə Azərbaycanın 3 bölgəsində olubsuz: Lənkəran, Qəbələ və Zaqatalada. Onları necə dəyərləndirə bilərsiz?
- Demək olar ki, Qəbələ və Zaqatala oxşardı. Bu iki bölgədə hava şəraiti, mehribanlıq, təmizlik eynidi. Amma 3-ü də yaxşı yerdi. Məşqçi kimi gəlib Azərbaycanın bu bölgələrini tanıdığım üçün özümü çox xoşbəxt hiss edirəm.
- «Simurq»la qarşılaşma haqqında nə deyə bilərsiz?
- Çox çətin oyun oldu. İkinci hissə çox ağır keçdi. Mənə elə gəlirdi ki, kimsə arxadan mənə şallaq vurur. Çox güclü komandaya qarşı oynadıq. Rəqib futbolçular hamısı təcrübəli idi. Yeganə çətinlik meydanla bağlı idi. Bu, məncə, hər iki komandaya çətinlik yaratdı.
- Qış transfer pəncərəsində «Bakı» güclü transfer etmədi. Bu, komandanın tam hazır olmasından xəbər verir, ya başqa səbəblər var?
- Kamran Ağayev, Mindauqas Kalonas və bir neçə oyunçuyla vidalaşası olduq. Mario Martineslə də yollar ayrıldı, Rəhman Hacıyev icarəyə verildi. Güclü transferimiz olmasa da, bir mövqedə bir neçə oyunçumuz var. Ona görə bir neçə nəfərlə ayrılmaq lazım gəldi. Mən də qrupu möhkəm saxlamaq üçün seçim etməli idim.
- Çempionatın bombardirlərindən olan Mindauqas Kalonasla yolların ayrılmasının əsl səbəbi nə idi? Amma səmimi etiraf.
- Səmimi... Onu deyim ki, çox güclü oyunçudu. Amma bəzi söz-söhbətlər vardı. Buna görə məcbur olduq. Elə vəziyyət idi ki, hər bir futbolçu ilə hansısa problemi vardı. Mən onun haqqında pis heç nə deyə bilmərəm. Komandada birlik, mehribanlıq vardı. Bunu qorumaq üçün Kalonasla vidalaşmağa qərar verdik. Mən bilirəm ki, o mətbuatda mənim haqqımda pis şeylər danışır. Deyir əgər kişi idisə, məni oynamağa qoyardı. Amma mən onun haqqında pis fikir səsləndirmirəm. Kalonasa ömrünün sonuna qədər uğurlar arzu edirəm.
- Kalonas söz-söhbətlərə görə göndərildi, bəs Kamran Ağayev?
- Sadəcə, bəzi məqamlardan sonra ona inamım itdi. Əlbəttə, Kamran Azərbaycanın bir nömrəli qapıçısıdır. Lakin onu mənə göstərə bilmədi. Aramızda heç bir problem olmayıb, mehribanıq. Sadəcə, idman cəhətdən həm məni, həm də klubu qane etmədi.
- Bəlkə siz özünüz Kamrandan lazım olanı ala bilməmisiz?
- «Qəbələ» Ağayevlə «Qarabağ»a uduzdu, amma biz Aqillə qələbə qazandıq. Ola bilər siz dediyiniz kimi olsun. Lakin xeyli oyun saymaq olar ki, öz gücünü mənə göstərə bilmədi. Necə olur ki, Caviddən, Əfrandan, Raufdan istədiyimi ala bilirəm, Kamranda bacarmıram? Hamısı da qol vurur. Ola bilsin ki, mənim səhvimdi, hər şey mümkündü.
- Ağayevin fasilədən öncə keçirilən «Qəbələ» - «Bakı» matçı ərəfəsində artıq hazırkı klubu ilə anlaşdığı xəbərləri vardı...
- Mənim bu barədə məlumatım yoxdur.
- «Bakı»nın oyunçularının 3 aydı maaş ala bilmədiyi iddia olunur...
- Mənim pul işlərimi yoldaşım idarə edir. Mən o məsələyə qarışmıram. Sadəcə maaş gecikəndə mənə deyir ki, gecikmə var. Buna görə deyə bilərəm ki, heç bir problem yoxdu.
- Düşünmürsüz ki, Hafiz Məmmədov «Atletiko» və «Lans»a ayırdığı diqqəti «Bakı»ya ayırmır?
- Mən belə deməzdim. Deyə bilərəm ki, Hafiz müəllim dünyanın ən yaxşı prezidentidir. Hər həftə onunla görüşümüz və müzakirəmiz olur. «Rəvan»la oyunda da stadionda idi.
- Uzun müddət İspaniyada yaşamısız. Oradakı qatarlarla bizim qatarların fərqi nədi?
- Bu da mənim üçün böyük təcrübədi. Məşqçi olaraq hara getsəm, uyğunlaşmalıyam. Burada olduğuma görə də çox şadam.
- Maşın, təyyarə, yoxsa qatarla uzaq səfəri xoşlayırsınız?
- Qələbə qazandımsa, Bakıya piyada da gedə bilərəm. Komandanın üzünün güldüyü üçün çox xoşbəxtəm.
- Sonda demək istədiyiniz nəsə var?
- Sadəcə, Kamranla Kalonas məsələsinə toxunmaq istəyirəm. Düzdü, bu qərarları vermək çətindi, amma komanda xətrinə lazımdı. Qrupu saxlamaq lazım idi.