vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
16:07 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 2314 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rəqibin müdafiə xətti, xüsusilə ...»

Simeone «Qarabağ»da kimi bəyənib?

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda evdə «Qarabağ»la heç-heçə edən (1:1) «Atletiko»nun baş məşqçisi Dieqo Simeone oyunla bağlı fikirlərini bildirib.

Argentinalı mütəxəssis UEFA-nın saytına açıqlamasında ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını deyib:

«Oyuna pis başlamadıq, daha yaxşısını edə bilərdik. Ancaq hücumlar zamanı yetərincə dəqiq ola bilmədik. Belədə, hücumları davam etdirməkdə çətinlik çəkməyə başladıq. Bundan sonra rəqib fərqləndi və biz əsəbi təsir bağışlamağa başladıq. İkinci hissədə isə çox yaxşı oynadıq. Rəqibin müdafiə xətti, xüsusilə, qapıçısı yaxşı təsir bağışladı. O, bu gün yaxşı oyun sərgilədi.

Nəticədən razı deyiləm. Qol vurmaqla bağlı ciddi çətinlik çəkdiyimizi bilirik. «Roma» ilə burdakı matçda qalib gəlmək istəyirik. Nəyə layiqsənsə, onu da qazanacaqsan. «Roma» ilə ev oyunundan sonra şansımızın davam edib-etməyəcəyini görəcəyik.

Biz həmişə eyni oyun üslubundan istifadə etmişik. Sadəcə, fərq ondan ibarətdir ki, nəticə olanda insanlar komandanın gücündən və cəsarətindən danışırlar, olmadıqda isə tam əks şeylər». (Komanda.az)