Ramiz Mehdiyev «Sovetski»dən yazdı
Prezident Administrasiyasının rəhbəri sakinlərə ödənəcək minimum məbləği açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
Prezidentin tapşırıqları fəaliyyətin əsasını təşkil edəcək
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
-
Vətəndaşları narahat edən hansı məsələ varsa...
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
-
“Əlimdən gələni edəcəyəm”
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
-
İstefa ərizəsi sabah təqdim olunacaq
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
-
“Bu gün...”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
-
Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
-
“Müraciətin nə zaman olunacağını dəqiq bilmirik”
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
-
Daha bir postu itirəcək
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilə bilər
-
Təzyiqlər nəticəsini göstərdi
Ramiz Mehdiyev istefa verdi
-
Mehdiyev tənqiddən nəticə çıxarmadı
Marjinallaşdırmaqla akademiyanın nüfuzunu bilərəkdən ayaqlar altına saldı
-
Özündə cəsarət tap, çıx get
Daha yetər, bəsdir bu cəmiyyəti üz-üzə qoydun
-
Bolşevik təfəkkürlü psevdo-alim
Pensiya yaşı çoxdan keçmiş adam elm ocağını dedi-qodu, qruplaşma, fitnə yuvasına çevirib
-
“Üzüsulu getməliydi”
“Şansını qaçırtdı ...”
-
Mehdiyevin Hacı Məmmədovla bağlılğı?!
Millət vəkili: “Qoy “otvyortka Ramiz” ləqəbinə aydınlıq gətirsin”
-
Hər Fironun bir Musası var...
“Mehdiyev, necə oldu ki, AMEA-nın müxbir üzvü olmadan, akademik seçildin?”
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev öz «facebook» səhifəsində «Sovetski»dəki evlərin sökülməsilə bağlı yaranmış vəziyyətdən yazdı. R.Mehdiyev ötən bazar günü keçirilən etirazlardan sonra dövlət rəsmiləri ilə narazı sakinlərin bu gün keçirilən görüşündən və hökumətin əhaliyə ödəyəcəyi məbləğdən söz açıb:
«Son vaxtlar daha çox haqqında söhbət edilən Bakının «Sovetski» ərazisindəki evlər, nəzərdə tutulan layihəyə görə sökülməli və bunun qarşılığında vətəndaşları razı salacaq şəkildə kompensasiya ödənilməlidir. Kompensasiya miqdarı cənab prezidentin söylədiyi kimi, hər kvadrat metr üçün ən az 1500 AZN olacaq. Belə ki, hər bir vətəndaşın mülkiyyət hüququ var və atılacaq hər bir addım vətəndaşların hüquqlarının dövlət tərəfindən qorunmasına xidmət edəcəkdir. Bu məsələ ilə əlaqədar bu gün Baş Nazirin müavini cənab Abid Şərifov, BŞİH-nin başçısı cənab Hacıbala Abutalıbov da bu ərazinin sakinləri ilə görüşmüş, onların səsləndirdikləri fikirləri dinləmiş və bu haqda üst qurumlara məruzə edəcəklər.
Bu söküntü nəticəsində həm layihə həyata
keçirilmiş olacaq, həm də Bakımızın dünya səviyyəsindəki müasir şəhərlər
sırasındakı yerinin daha da möhkəmləndirməsinə bir tövhə olacaq.
Bundan əlavə, hər bir vətəndaşın
haqqıdır ki, qanun çərçivəsində bu və ya digər şəkildə haqlarını tələb etsinlər
və ya onları qane etməyəcək hallara etirazlarını bildirsinlər. Azərbaycan
demokratik dövlətdir və demokratik ölkədə hər bir vətəndaş özünün konstitusion
haqq və hüquqlarından istifadə edə bilər. Bu günlərdə həmin ərazinin sakinləri
etiraza çıxırsa, buna normal yanaşmaq lazımdır. Çünki onlar sözlərinin dövlət
tərəfindən dinlənmələrini istəyirlər.
Cənab prezidentimiz də hər zaman
söyləyir ki, vətəndaşların bütün haqq və hüquqları dövlət tərəfindən ən yüksək
səviyyədə qorunmalıdır. Bu haqda vacib göstərişlərini də hər zaman verib.
Əminəm ki, bu məsələ ən yüksək səviyyədə həllini tapacaq, həmin ərazidə evləri söküləcək bütün sakinlərin haqqı olduqları lazımi kompensasiya ilə təmin ediləcəkdir!»