Mehdiyevin Hacı Məmmədovla bağlılğı?!
Millət vəkili: “Qoy “otvyortka Ramiz” ləqəbinə aydınlıq gətirsin”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Unudulmaz Əlibala Hacızadə
Yazılarımızın ilk oxucuları özümüzdük
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Elmi institutların taleyi necə olacaq?
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
-
Elmin gerçək üzü ...
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
-
AMEA bağlanmalıdırmı?
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
Elmi ad almaq istəyən alverçi
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
-
Məslək şəhidi ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
-
“AMEA bizə lazımdırmı?”
Azərbaycan elminin aqibəti: necə olacaq?
-
“Əlimdən gələni edəcəyəm”
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
-
“Mən ciddi adamam”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
-
İstefa ərizəsi sabah təqdim olunacaq
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
-
“Bu gün...”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
-
Yustinian vaqeəsi kabusu
Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq
-
Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi istefaya səsləyənlərin sayı artır. Onlar Mehdiyevi intriqaçılıqda, elmi mühiti korlamaqda ittiham edirlər. R.Mehdiyev isə onu istefaya səsləyənlər haqda ağır ifadələr istifadə edib, deputatları saxta yolla seçilməkdə ittiham edib.
Milli Məclis sədrinin müavini Adil Əliyev də AMEA prezidentinə cavab verib. O, açıqlamasında bunları deyib: “Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev fəaliyyəti ilə bağlı haqlı irad və suallara cavab vermək əvəzinə nifrət və kin püskürür. Artıq neçənci dəfədir ki, elm ocağının saytından şəxsi məqsədləri üçün istifadə edərək xoşuna gəlməyən ictimai xadimləri, akademikləri, millət vəkillərini hədəf seçir, onların “saxta seçilmələrindən” danışıb, radikal müxalifətin dili ilə “avtobus müxalifəti” kimi terminlərdən istifadə edir”.
O qeyd edib ki, R. Mehdiyevin seçki komissiyalarının formalaşmasında birbaşa iştirakı olub: “Maraqlıdır, Ramiz Mehdiyevin hansısa millət vəkilinin seçilməsi və ya ümumilikdə seçkilərin nəticələrinə dair iradı var idisə, bunu Prezident Administrasiyasına rəhbər olduğu dövrdə niyə bildirmir və qarşısını almırdı? Axı seçki komissiyalarının formalaşmasında onun birbaşa iştirakı olub. Seçki nəticələrindən şikayətçi olan ayrı-ayrı namizədlərin Mərkəzi Seçki Komissiyasına müraciət etmək hüququ var. Ramiz Mehdiyev isə radikal müxalifətin dili ilə demək istəyir ki, Azərbaycanda seçkilər saxtalaşdırılıb. Şəxsən öz adıma deyirəm ki, 2005-ci ildən bu yana parlament seçkilərində iştirak edirəm, necə seçildiyimi dairəmdə yaşayan soydaşlarımdan öyrənə bilər.
Hər bir dövlət strukturu kimi parlamentin fəaliyyəti də tənqid oluna bilər. Ancaq illər boyu müxtəlif dövlət vəzifələrində çalışan birisinin Azərbaycanın qanunverici orqanına ləkə salmaq istəyini qətiyyətlə rədd edirəm. Cənab Mehdiyev tənqidçilərini bir-bir hədəf seçməkdənsə illərdir yığılan suallara cavab versin. Keçmiş illərdə internet üzərində xeyli populyarlıq qazanan “otvyortka Ramiz” ləqəbinə aydınlıq gətirsin. Saxtakarlıqdan danışan birisinin vaxtilə eks-deputatlardan birinin ona diplomatda çatdırıldığı deyilən rüşvətlə bağlı suala cavab versin. O zaman məsələdən yayındı, heç olmazsa indi məsələnin mahiyyətində nəyin dayandığını ictimaiyyətə izah etsin. İzah etmirsə, demək, məsələnin aydnlaşdırılmasında marağı yoxdur. Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə əvvəlcə əlbir olan, daha sonra ona tələ quran da həmin Ramiz Mehdiyev idi. Elşad Abdullayevin qardaşının müəmmalı itkisində, meyitinin tapılmaması ilə bağlı suallar bu gün də aktualdır. Bu hadisə ilə bağlı Türkiyəyə qaçırılan Sevinc Babayeva adlı şəxsin zəhərlənərək öldürülməsi, Daxili İşlər Nazirliyində reket yuvası yaradan Hacı Məmmədov və onunla əlbir olanlar haqqında da Ramiz Mehdiyevin gizli saxladığı xeyli mətləb var. Ramiz Mehdiyev Prezident Administrasiyasından Daxili İşlər Nazirliyinin işinə də təsir edir, orada tərəfdar qrupu formalaşdırır, poqonlu dostlarını ətrafında toplayırdı. Böyük müəssisəyə rəhbərlik edən Zülfüqarov qardaşlarının müflis edilməsi, onların zavodlarının reket yoluyla əllərindən alınması və öz qohumu Rasim Məmmədovu həmin zavoda direktor təyin edilməsi “əməliyyatının” arxasında da Ramiz Mehdiyev dayanır. Bu məsələdə ədalət yerini tapıb, həbs edilən Rasim Məmmədov məhkəmə qarşısında cavab verəcək. İnanıram ki, Ramiz Mehdiyevin idarə etdiyi başqa cinayətlərin də üstü yaxın müddətdə açılacaq”.
Adil Əliyevin sözlərinə görə, Ramiz Mehdiyev vaxtilə mətbuatı saymayıb: ““Quyruğu qapı arasında qaldığına görə” hazırda xarici radiostansiyalara üz tutub. Həmin radiolardan birinə verdiyi son müsahibədə ünvanına edilən tənqidlərə cavab olaraq deyib ki, “insan təbiəti naqisdir”. Ramiz Mehdiyevi bilmirəm, keçmişində və bugünündə ləkəsi olmayan insan naqis ola bilməz. Ramiz Mehdiyev bu ifadə ilə hamımızı, o cümlədən torpaqlarımızın azad olunmasında şəhid olan qəhrəmanlarımızı təhqir etmiş olur. Azərbaycanda naqis insanlar varsa, onların liderliyinə əsas iddiaçılardan biri, heç şübhəsiz, Ramiz Mehdiyev olar.
Ramiz Mehdiyevin Elmlər Akademiyasının rəhbərliyindən uzaqlaşdırılmasına çağıranlara mən də qoşuluram. Akademiyada ciddi islahatlara, yeniliklərə, elmi ixtiralara ehtiyac var. Ramiz Mehdiyevin kriminal düşüncəsi yeniliklərə böyük səddir. Cənab Mehdiyev, istefa verin, ahıl yaşda kreslodan ikiəlli yapışmayın, imkan verin Elmlər Akademiyası adına uyğun fəaliyyətini bərpa etsin. Akademiyada qalsanız da, qalmasanız da, törətdiyiniz əməllərə görə cavab verməli olacaqsınız”. (qafqazinfo.az)