Mehdiyev tənqiddən nəticə çıxarmadı
Marjinallaşdırmaqla akademiyanın nüfuzunu bilərəkdən ayaqlar altına saldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Unudulmaz Əlibala Hacızadə
Yazılarımızın ilk oxucuları özümüzdük
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Elmi institutların taleyi necə olacaq?
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
-
Elmin gerçək üzü ...
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
-
AMEA bağlanmalıdırmı?
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
Elmi ad almaq istəyən alverçi
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
-
Məslək şəhidi ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
-
“AMEA bizə lazımdırmı?”
Azərbaycan elminin aqibəti: necə olacaq?
-
“Əlimdən gələni edəcəyəm”
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
-
“Mən ciddi adamam”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
-
İstefa ərizəsi sabah təqdim olunacaq
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
-
“Bu gün...”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
-
Yustinian vaqeəsi kabusu
Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq
-
Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
Millət vəkili Vüqar Bayramov özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində son günlər ictimaiyyətdə ciddi müzakirələrə yol açan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ramiz Mehdiyevlə bağlı açıqlamasına münasibət bildirib. Millət vəkili bildirib ki, elmi-texniki nailiyyətlərin istehsalata tətbiqinin böyük aktuallıq kəsb etdiyi indiki dönəmdə AMEA dedi-qodularla, fitnə və qeybətlə gündəmə gəlir.
Vüqar Bayramovun məqaləsini olduğu kimi təqdim edirik:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı gündən dünyaya çıxmağa iddialı böyük elmi tapıntılara, gələcək vəd edən axtarışlara münbit şərait yaradan bir elm ocağı kimi tanınıb. Akademiyanın prezidentlərindən elə təkcə Yusif Məmmədəliyevi xatırlamaq kifayətdir. Böyük akademikimizin bütün dünyanın qəbul və tətbiq elədiyi elmi kəşfləri faşizm üzərində qələbə çalınmasında əvəzsiz rol oynamaqla yanaşı, bu gün də sənayenin müxtəlif sahələrində uğurla istifadə olunur, öz elmi dəyərini qoruyub saxlayır.
Azərbaycan iqtisadiyyatının daha çox elmi ixtiralara, innovasiyalara ehtiyacı olduğu, elmi-texniki nailiyyətlərin istehsalata tətbiqinin böyük aktuallıq kəsb etdiyi indiki dönəmdə AMEA dedi-qodularla fitnə və qeybətlə gündəmə gəlir. AMEA-nın son rəsmi açıqlaması bir daha təsdiq etdi ki, Akademiya elmi sınaq və təcrübələrin aparıldığı, müzakirələrin keçirildiyi beyin mərkəzinə çevrilmək əvəzinə, vaxtaşırı siyasi intriqalarla gündəm yaradan şər-şəbədə ocağına çevrilib.
Müəllifinin Mehdiyev olduğu zərrəcə şübhə doğurmayan son açıqlamada Milli Məclisin deputatlarının “trol”, “saxta” adlandırılması heç bir sağlam məntiqə sığmamaqla yanaşı, birmənalı şəkildə dövlətçiliyə qarşı verilmiş bəyanat kimi qiymətləndirilməlidir. Akademiyanın prezidenti Ramiz Mehdiyev haqlı tənqiddən, formalaşmış ictimai rəydən nəticə çıxarmadı, bəzi deputat həmkarlarımıza hücum çəkmək və Milli Məclisin nüfuzuna xələl gətirmək yolunu seçdi.
Reallıq belədir ki, Ramiz Mehdiyev rəhbərlik etdiyi dövrdə AMEA-nın mövcud elmi potensialından istifadə edə bilmədi, bu ali elm ocağını marjinallaşdıraraq qurumun cəmiyyətdəki nüfuzunu bilərəkdən ayaqlar altına saldı. Artıq yeni dönəmdir. Bu dönəmdə Akademiya siyasi intriqalar yaratmamalı, dövlətin aparıcı qurumlarını aşağılayan bəyanatlar uydurmamalı, elmi yenliklərlə cəmiyyətə töhfə vermək yolunu seçməli idi. Çox təəssüf ki, artıq AMEA-nın adı cəmiyyətdə elmi müzakirələr ocağı kimi deyil, siyasi qarayaxma məkanı kimi assosiasiya olunur.
Bütün bunları nəzərə alaraq, uzun müddət elmi fəaliyyətlə məşğul olan bir tədqiqatçı alim kimi inanıram ki, Ramiz Mehdiyevin tutduğu vəzifədən getməsi AMEA-nın itmiş nüfuzunun bərpasına töhfə verərdi.