Bolşevik təfəkkürlü psevdo-alim
Pensiya yaşı çoxdan keçmiş adam elm ocağını dedi-qodu, qruplaşma, fitnə yuvasına çevirib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Unudulmaz Əlibala Hacızadə
Yazılarımızın ilk oxucuları özümüzdük
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Elmi institutların taleyi necə olacaq?
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
-
Elmin gerçək üzü ...
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
-
AMEA bağlanmalıdırmı?
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
Elmi ad almaq istəyən alverçi
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
-
Məslək şəhidi ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
-
“AMEA bizə lazımdırmı?”
Azərbaycan elminin aqibəti: necə olacaq?
-
“Əlimdən gələni edəcəyəm”
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
-
“Mən ciddi adamam”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
-
İstefa ərizəsi sabah təqdim olunacaq
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
-
“Bu gün...”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
-
Yustinian vaqeəsi kabusu
Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq
-
Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
Milli Məclisin deputatı Məlahət İbrahimqızı son günlər elm ictimaiyyətinin AMEA-nın Prezidenti Ramiz Mehdiyevlə bağlı səsləndirdiyi kəskin narazılıq və etirazlara münasibət bildirib. Deputat qeyd edib ki, AMEA-nın Prezidenti bu müqəddəs elm ocağını dedi-qodu, qruplaşma, fitnə və qeybət yuvasına çevirib:
“Bu gün elm və texnologiyalar o qədər sürətlə inkişaf edir ki, hətta bir nailiyyəti yetərincə dərk etməmiş, yeni elmi nailiyyət qazanılır. Azərbaycan da kürəsəl dünyanın bir parçası olduğundan sözsüz ki, bu proseslərdən, daha doğrusu, yeniliklərdən kənarda qala bilməz və qalmamalıdır. Bu gün ölkəmizdə bütün sahələrdə xaricdə təhsil almış çox güclü mütəxəssislər var. Dövlətimizin başçısı dünyada əldə olunan ən yeni texnologiyaların Azərbaycanda tətbiqi üçün nə lazımdırsa edir. Azərbaycan dünyanın kosmik peyki olan az saylı ölkələrdəndir. Elm və texnologiyalardan qaynaqlanan çağırışlar dövlətimizin də həyata keçirdiyi proqramlarda öz əksini tapıb. Bu mənada bu gün zamanında şöhrətilə, hətta dünyada tanınan AMEA-nın ətalət içərisində olması ölkəmizin imici ilə uzlaşmır. Bu gün ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə bütün sahələrdə əsaslı islahatlar aparılır. Hətta iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası daxil olmaqla bütün siyasi partiyalarda islahatlar həyata keçirildi. Ölkəmizin siyasi istablişmentində yeni konfiqurasiya formalaşdı. Nədən elm sahəsində olmasın, hansı ki, elmdə hər bir nailiyyət yeni və mütərəqqi dəyişim tələb edir. Bu gün Azərbaycanda yüksək intellektual potensiala malik böyük alimlərimiz olduğu halda AMEA-ya dünyasına tam yad olan biri rəhbərlik etməməlidir.
Xüsusən də son illər bütün həyatı kommunist partiyasının konyukturasında keçən, bolşevik təfəkkürlü, pensiya yaşı çoxdan keçmiş bir adamın elm məbədinə rəhbərlik etməsi az qala AMEA-nın sonunu əvvəlinə gətirdi. AMEA-da çox nüfuzlu, görkəmli alimlərimizin olduğuna baxmayaraq, AMEA-nın Prezidenti bu müqəddəs elm ocağını dedi-qodu, qruplaşma, fitnə, qeybət yuvasına çevirib”.
Deputat vurğulayıb ki, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev kimi AMEA Prezidentlərindən sonra elm aləmində plagiatlığı, müxtəlif yollarla gənc və istedadlı alimlərin zəhmətinin və intellektinin məhsulunu özünküləşdirmək bacarığı ilə seçilən psevdo-alimin prezidentliyinə son qoyulmalıdır: “Düşünürəm ki, bu problem ən yaxın vaxtlarda qanunvericilik çərçivəsində asanlıqla öz həllini tapa bilər”.