Siyasi məhbuslarla əfv danışıqları gedir
Novella Cəfəroğlu: «Biz bir həftə öncə onlarla bağlı İlham Əliyevə müraciət etdik...»
S.TELMANQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hakimiyyət siyasi məhbus məsələsini qapadır
«Bir dəfə bu addımı atıb Avropa Şurasına daxil olduq, indi də ...»
-
Əfvin imzalanacağı tarix dəqiq deyil
«Prezidentin səlahiyyətində olan məsələdir»
-
Erməni həmsədr Vətəndaş Sülh Platformasından qovuldu
Novella Cəfəroğlu: «İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirsə, biz nə edək?»
-
«Təhsil mülkiyyətidirmizdir»
Novella Cəfəroğlu: «Azərbaycanın zəif cinsin nümayəndələri üçün böyük şansdır ki, birinci vitse prezidentimiz qadındır»
-
«Heç biri ilə razı deyiləm»
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
-
«Onun mövqeyi, statusu, yaşı imkan verir ki, ...»
Novella Cəfərova Xədicə İsmayıla qarşı bərk əsəbləşdi, bəyanat verdi
-
«Gülməlidir...»
Deputat Leyla Yunusu ələ saldı
-
İlham Əliyev 171 məhbusu əfv etdi
Bağışlanan şəxslər arasında hansı məşhurlar var?
-
«Kərimliyə görə qapı döydük»
«Xalq Hərəkatının nüfuzlu bir qəzeti, indi dedi-qodu ilə məşğuldur»
-
Qondarma ittihamlarla həbs olunan tanınmış hüquqşünas Qurban Məmmədov «Azadlıq»a ilginc bir yazı göndərib və Novruz bayramı ərəfəsində əfv fərmanına hazırlıq görən hakimiyyətin təcridxanaya göndərdiyi əməliyyatçının onunla necə davrandığını bədii şəkildə təsvir edib. Q.Məmmədov yazısında qeyd edib: «Bu gün məni rəisin qəbuluna çağırdılar. Fikirləşdim ki, yəqin son vaxtlar yazdığım ərizələrlə bağlıdır. Rəisin qəbul otağının qarşısında siyasi və vicdan məhbuslarını (Əvəz Zeynallı, Sərdar Əlibəyli, Əbdül Əbilov və Anar Məmmədli də onların arasında idi) görəndə başa düşdüm ki, əfv ilə bağlı söhbətə çağırıblar».
Müəllifin yazdığına görə, ona cəmi bir sual verilib. «Səni kim tutub?» deyə Q.Məmmədova sual edən əməliyyatçı ondan da gözlənilən «İlham Əliyev» cavabını alıb. Bununla da onların arasındakı dialoq yekunlaşıb.
Amma bu yazı «Yeni Müsavat»a daxil olan bir məlumatın təsdiqlənməsinə səbəb oldu. Sözügedən məlumata görə, hazırda həbsdəki siyasi məhbuslarla əfv ərizəsi yazmaları ilə bağlı danışıqlar aparılır. Maraqlıdır ki, hətta onlardan bəzilərinin məhkəmələri də yekunlaşmayıb. Amma siyasi motivlərlə həbsə salınan şəxslər həbsxana rəislərinin otağına çağırılır, onlarla «əfv ərizəsi yazarsınızmı?», «hərəkətlərinizdən peşmansınızmı?», «əfvlə azadlığa çıxmaq istəyərsiniz?», «Fəxri Xiyabana gedib əklil qoya, baş əyə bilərsiniz?» tipli suallar verilir və daha sonra heç nə bildirilmədən kameralarına qaytarılırlar.
Əldə etdiyimiz məlumata görə, martın 20-də imzalanması gözlənilən əfv fərmanı siyasi məhbuslara da şamil oluna bilər. Sözügedən hazırlıq, «partizansayağı» danışıqlar bu məqsədə xidmət edir. Hakimiyyətin planı siyasi məhbuslara azadlıq verəndən sonra onların necə davranacağını öncədən öyrənməkdir.
Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, bu xəbəri təsadüf saymırlar. Müsahibimizin sözlərinə görə, Azərbaycandakı bütün siyasi məhbusların siyahısını bir həftə öncə dövlət başçısı İlham Əliyevə göndərərək, onların azadlığa buraxılmasını istəyiblər: «Məhkəmələri gedə-gedə biz prezidentə yazmışıq ki, bu insanlara qarşı humanist addım atın, azadlığa buraxın. Biz bunları siyasi məhbus kimi tanıyırıq. Bizim siyahımızda 26-27 nəfər var ki, onların içində bütün NİDA-çılar, İlqar Məmmədov, Tofiq Yaqublu, Əli İnsanov, Yadigar Məmmədli, həbsdəki jurnalistlər də var».
Müsahibimiz dedi ki, müraciəti bir neçə hüquq müdafiəçisi imzalayıb. Onların istəyi yaxın zamanda Avropa Şurasında keçiriləcək dinləmələrə «siyasi məhbussuz ölkənin nümayəndələri» kimi qatılmaqdır: «Biz istəyirik ki, prezident ora gedəndə ona siyasi məhbus problemi ilə bağlı artıq suallar verilməsin. O zaman daha çox Qarabağ məsələsindən danışa bilərik».