«Kərimliyə görə qapı döydük»
«Xalq Hərəkatının nüfuzlu bir qəzeti, indi dedi-qodu ilə məşğuldur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ana müxalifət partiyasında qətl
Çademanın yüksək vəzifəlisi qaçırılaraq döyülüub, üzərinə kimyəvi turşu tökülüb
-
“Rəngli inqilab”ların köhnəlmiş ssenarisi
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
-
“İsa Qəmbər razılaşmanı pozdu”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
-
Dəyişməyən şüarlar
Küçə liderlərinin küçə dəvətlərinə inanmayın
-
Hikkə və savadsızlıq
Azərbaycan müxalifətinin riyaziyyat bəlası
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Müraciət, nədənsə, boş qalır”
Əflatun Amaşov hesabata etiraz etdi
-
MŞ-də yeni təyinatlar
Şuranın sədr müavinləri və komissiya sədrləri seçildi
-
Hakimiyyət siyasi məhbus məsələsini qapadır
«Bir dəfə bu addımı atıb Avropa Şurasına daxil olduq, indi də ...»
-
Əfvin imzalanacağı tarix dəqiq deyil
«Prezidentin səlahiyyətində olan məsələdir»
-
«Bizə düşmən kəsilənlər də var»
Əflatun Amaşov: «Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir»
-
İsa Qəmbər seçkiyə niyə buraxılmadı?
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
-
Erməni həmsədr Vətəndaş Sülh Platformasından qovuldu
Novella Cəfəroğlu: «İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirsə, biz nə edək?»
-
Müxalifət partiyaları qəpiyə güllə atır
«Vəziyyət acınacaqlı durumdadır»
-
«Vəsait ayrılsın!»
Millət vəkili Əflatun Amaşovdan onlayn media ilə bağlı təklif
-
«Qanunun gücünə arxayınıq»
Mətbuat Şurasından «reket jurnalistlər»ə xəbərdarlıq
Müsavat Partiyası Məclisinin üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat-AXCP qarşıdurması, Müsavat Partiyasının Milli Şuradan çıxma qərarını qəzetimizə geniş şərh edib. O, Müsavatı hakimiyyətlə sövdələşmədə ittiham edənlərə cavab verib, Milli Şuranın perspektivi barədə fikirlərini bölüşüb. N. Cəfəroğlu Milli Şuranın qurucusu Rüstəm İbrahimbəyovu həbs olunmaqdan çəkinməkdə və ürəkli olmamaqda ittiham edib. Hüquq müdafiəçisi onu hakimiyyətlə işbirliyində günahlandıranlara da «Gündəlik Teleqraf» qəzetində münasibətini açıqlayıb.
- Müxalifətin durumu normaldır. Onlar bir-biri ilə savaşa-savaşa güclənir. İstəsələr də, istəməsələr də müxalifətdə qalıb, burada da işləyəcəklər. Sadəcə olaraq hər dəfə cəmiyyətə pis mesajlar ötürürlər. Müsavat Partiyası son hadisələr fonunda daha çox cavabdehlik daşıyır. Amma tənqidlərə əhəmiyyət vermədən, güclənən partiya da elə Müsavat olacaq.
- Müsavat Partiyasının Milli Şuradan çıxma qərarı Sizin üçün gözlənilən idi?
- Bəli, gözlənilən idi. Çünki bu qərarı verməzdən də qabaq Müsavatı suçlayırdılar, bizə tənqid və təhqir yağdırırdılar. Amma partiyamızın Milli Şuradan bu qədər tez çıxmasını, doğrudan da, gözləmirdim. Bu qurum prezident seçkilərindən öncə quruldu, partiyalar, ziyalılar birləşib seçkiyə bir yerdə getdilər. Seçkidən sonra ayrı yol seçilməli idi. Sözün düzü, Milli Şuranın bütün iclaslarında iştirak edə bilmirdim. Yəqin, Müsavat öz fikirlərini orada realizə edə bilmədiyi üçün ayrılıb öz yolu ilə getməyi üstün tutdu. Müsavatın bu qərarından incimək lazım deyil. Hər zaman koalisiyalar qurulur, dağılır. Sadəcə olaraq koalisiyadan normal çıxmaq lazım idi. Müsavat öz üstünlüyünü həm də bununla göstərdi ki, bizdən heç kəs AXCP-nin təhqirlərinə cavab vermədi.
- Partiyanın moratorium qərarını qarşı tərəf birmənalı qəbul etmədi. AXCP bunu ictimai rəyi başqa səmtə yönəltmək kimi qiymətləndirdi...
- Müsavat moratorium qoyaraq onların o boyda basqılarına cavab vermədi. Amma «Yeni Müsavat» qəzeti ilə «Azadlıq» qəzetinin savaşını qəbul etmirəm.
- Sizin də ünvanınıza təhqirlər oldu. Təhqirin sosial şəbəkə və mətbuat səviyyəsinə çatmasını necə qiymətləndirirsiniz?
- Bu, çox pis metodikadır. Mənə qarşı təhqirləri, hökumətlə işlədiyim barədə iddiaları indi Müsavata dedilər. Mən dedim ki, heç əhəmiyyət verməyin. İnsan günahkar olanda narahat olar. Arzu edərdim ki, Müsavatla AXCP birləşsin və bir partiya olsun. Ancaq AXCP-nin Müsavata qarşı Facebook-da təhqirlərinə baxın. Başa düşürəm ki, demokratik dövlətdə hamı istədiyini yazır, amma bir ideyaya xidmət edən, bir yolu gedən insanlar bir-birinə belə sözləri necə deyər? Biz belə təhqirlərlə bir çatı altında qala bilmərik. Bəli, mən hakimiyyətlə işləyirəm. Bu, işbirliyi deyil. Tək mən yox, İnsan Hüquqları Monitorinq qrupunda hər kəs hakimiyyətlə işləyir, işləyəcəyik də. Bu, nə deməkdir? Öz sözümü hakimiyyətə deyirəm, bildirirəm ki, bu, düz deyil, filan şeyi etmək lazımdır. Düzgün hərəkət edəndə deyirəm ki, bu, düzdür. Hakimiyyətlə işləmək, dialoq aparmaq lazımdır. Məhkəmələr barədə, polis şöbələrindəki haqsızlıqları, məhbusların narazılıqlarını hakimiyyətə deməyib, Avropa Şurasına deməliyəm? Avropa Şurası gəlib Binəqədi təcridxanasına baxacaq? Buna mənim hökumətim gedib baxmalıdır. Ona görə də hökumətlə birgə işləməliyik. Bu cür iftiralar bizi qorxutmur. Bu tənqidləri yaxınıma buraxmıram, nə qədər danışırlar, danışsınlar. Özüm bilirəm ki, kiməm.
- Niyə Müsavatın Milli Şurada qalmasını istəyirdiniz?
- Əgər Milli Şuradakılar partiyalarda olmayan şeyi icad etsəydilər, istəyərdim ki, hamı bir yerdə qalsın və fəaliyyət göstərsin. Amma yolları ayrı yol idi. İstərdim ki, bir müddət bu məsələləri ortalığa çıxarmasınlar.
- Müsavatı Milli Şuranın qurucusu Rüstəm İbrahimbəyovu qurumun sədrliyindən istefasına görə ittiham edirlər. Partiyanız onun fəxri sədrliyinə də razılıq vermədi. Niyə Milli Şura qurucusuna bu cür münasibət sərgiləndi?
- Rüstəm İbrahimbəyova ziyalı kimi böyük hörmətim var. Amma Milli Şuranın qurucusu Eldar Namazov başda olmaqla, partiya rəhbərləri olub. Rüstəm İbrahimbəyovu da ortalığa çıxaran Eldar Namazov oldu. R.İbrahimbəyov qurucu o vaxt olardı ki, ayrıca insanları bir yerə yığıb tamam başqa qurum düzəldərdi. Milli Şuranın qurucusu İsa Qəmbər, digər partiya sədrləri olmasaydı Rüstəm İbrahimbəyov belə koalisiya yarada bilərdimi? Absurd bir şeydir axı. Partiya liderləri istəməsəydi, o, Milli Şuranı yarada bilməzdi. İsa Qəmbər də onunla Tiflisdə gedib görüşdü, dedi ki, Bakıya gəl. Bilirsiniz, bu işə girən adam həbsdən, söyüşdən qorxmamalı, ürəkli olmalıdır. Əbülfəz Elçibəyi neçə dəfə həbs edib, məhkəməyə veriblər. Rüstəm İbrahimbəyov Azərbaycana gəlib Milli Şuranın başında durmalı idi. Şəxsən mən Milli Şuranın SİDSUH təşkilatı kimi qurum olacağını düşünmüşdüm. Yadınızdadırmı, o vaxt partiyalar birləşəndə 10 minlərlə insan mitinqə gəlirdi. Bütün partiyalar bir yerdə idi, millət də axırdı. Milli Şura elə bir qurum ola bilmədi.
- Niyə ola bilmədi?
- Səbəbini axtarıb tapsınlar. Səbəbi nə idi bilmədik.
- Səbəb qabaqda gedən liderin olmaması, yaxud hər ağızdan bir avaz çıxması ilə bağlı idi?
- İsa Qəmbər illərdir siyasətdədir. Danışıqlara getməyib, heç vaxt hökumətlə bağlı olmayıb. Əli Kərimlini mitinqdən aparmışdılar, həbs etdilər, ona görə kimin qapısına getmədik? Hökumətin qapısını döydük. Təbii ki, öz hakimiyyətimlə, öz insanlarımla işləyəcəyəm. Məhəl qoyulmazsa, beynəlxalq təşkilatdan köməklik istəmək olar. Rauf Arifoğlu ilə «Azadlıq» qəzetinin qarşıdurması mənə çatmır. «Azadlıq» və «Svoboda» qəzetləri çıxanda, hər ikisinin birinci nüsxəsi məndə olub. O nüsxələrə Əbülfəz Elçibəylə Nəcəf Nəcəfov qol çəkmişdilər. İstəməzdim ki, Nəcəf Nəcəfovun qəzeti belə durumda olsun. «Azadlıq» qəzeti Xalq Hərəkatının ən nüfuzlu qəzetlərindən biri idi. İndi dedi-qodu ilə məşğuldur. Ona suç atır, buna böhtan yağdırır. Olmaz axı belə şeylər. Nəcəf Nəcəfov kimi insanın adını biabırçılığa yönəltməyin.
- Müsavat Partiyası artıq təkbaşına yol tutub. Qarşıdan partiyada başqanlıq seçimləri gəlir. Siz bildirmişdiniz ki, İsa Qəmbərin başqanlıq postunda qalmasını istəyirsiniz, amma özü getməkdə israrlıdır. Özünüzün namizədi varmı?
- Hesab edirəm ki, Müsavatda yer dəyişikliyi deyil, struktur dəyişikliyi olmalıdır.
- Yəni?
- Strukturu elə qurmaq lazımdır ki, İsa Qəmbər partiyadan kənarda yox, Müsavatın içində olsun. İcraçı direktormu, ya başqa vəzifədəmi olmalıdır. Hansı formada olursa-olsun, amma İsa bəy Müsavatda qalmalıdır. Bu fikrimdə də israrlıyam. İsa Qəmbərin yerinə Arif Hacılı, Qubad İbadoğlu, Vurğun Əyyub, Arzu Səmədbəyli, qadınlarımız var.
- Məsələn, öz namizədliyinizi verərsiniz?
- Mən yox. Çünki bilirsiniz, qadınlarla bağlı cəmiyyətim var. İllərdir Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədriyəm.
- Milli Şuranın sədri Cəmil Həsənli yerdə qalan partiyalarla danışıqlar aparır, hətta Müsavatsız qurumun bir sessiyası da keçirildi. Milli Şuranın perspektivini necə görürsünüz?
- Cəmil Həsənliyə insan kimi, ziyalı kimi sərhədsiz hörmətim var. Onlar öz yolunu tapıb güclü struktur qursalar çox şad olaram.
- Milli Şuranın güclənməsi mümkündür?
- Güclənsinlər, amma bir-birlərinə çamur atmasınlar. İsa Qəmbərin partiyası gedib deyə, ona böhtan yağdırmasınlar. Qoy onlar güclü olsunlar, 5 partiya bir yerə yığışsın, bir də Müsavat olsun, görək kimin gücü çoxdur? Bunu göstərsinlər.
- Novella xanım, monitorinq qrupunun fəaliyyəti nə yerdədir? Əfv barədə gözləntilər var?
- Adətən, əfv bayramlarda olur. Əlbəttə, mart ayında, amnistiya və əfv gözləyirik.