

«Bir dəfə bu addımı atıb Avropa Şurasına daxil olduq, indi də ...»
«Prezidentin səlahiyyətində olan məsələdir»
Novella Cəfəroğlu: «İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirsə, biz nə edək?»
Amerikadakı Cin Azərbaycan əleyhinə fəlakət projesi hazırlığında
İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı
Novella Cəfəroğlu: «Azərbaycanın zəif cinsin nümayəndələri üçün böyük şansdır ki, birinci vitse prezidentimiz qadındır»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
Əfsələddin Ağalarov Xədicə İsmayılı özündən çıxardı
Hüquq müdafiəçiləri Xədicə İsmayılı xarici kəşfiyyata işləməkdə suçladı
«Daha heç kimə deyə bilməyəcəklər ki, Elmanı yığışdırın»
Deputat Leyla Yunusu ələ saldı
«Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımıram»
«Qəsdən ucadan danışırdılar»
Novella Cəfəroğlu: «Biz bir həftə öncə onlarla bağlı İlham Əliyevə müraciət etdik...»
Ancaq yenidən qayıdacaq
Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti, Cəmiyyətin rayon şöbələri və 10 regionda fəaliyyət göstərən Resurs Mərkəzləri adından bəyanat verilib. Bəyanatda son günlər sözügedən cəmiyyətin sədri Novella Cəfərovaya qarşı böhtan kampaniyası aparıldığı iddia olunur:
«Bu çirkin kampaniya xüsusilə Leyla Yunusun istintaqa çağırılmasından sonra daha çox özünü göstərir. Özlərini «hüquq müdafiəçisi, araşdırmaçı jurnalist və s. titullarla adlandıran üzdəniraq bu qrupun ancaq müxtəlif nüfuzlu şəxslərə qara piyar etməklə özlərinə reytinq qazanmaq istəklərini hər kəs və o cümlədən bizim Cəmiyyətimiz də yaxşı bilir.
Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin adını belə düzgün deyə bilməyən Xədicə İsmayıl və onun kimilərin özlərinə yaraşan statuslarla təşkilat və onun sədrinə yazdığı böhtanlara cavab olaraq bildiririk: Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti yarandığı 1989-cu ildən Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış, müstəqil Azərbaycanda demokratiyanın, Vətəndaş Cəmiyyətinin inkişafı, bütün sahələrdə insan hüquq və azadlıqlarının qorunması yönündə fəaliyyət göstərən ilk Qeyri-Hökumət Təşkilatıdır. Cəmiyyət haqqında aparılan qara piyarın bir hissəsi olan «Dilarə Əliyeva adına Qadınlar Cəmiyyəti və sədri Novella Cəfərova siyasi məhbuslarla bağlı qrantlar alır və heç bir iş görmür» böhtanına cavab olaraq bildiririk ki, indiyədək cəmiyyətimiz çox sayda qrantlar almışdır, ancaq qətiyyətlə deyirik ki, siyasi məhbuslarla bağlı bir dəfə də olsun qrantımız olmayıb və olmayacaq da! Biz məhkəmələrdə insan hüquqlarını könüllü müdafiə edirik.
Cəmiyyətin sədri haqqında bildiririk: Novella Cəfərova Azərbaycanın müstəqilliyi uğrunda mücadilə verən, Azərbaycan siyasətində, ictimaiyyət arasında böyük nüfuza malik olan, söz sahibi olan, bir çox Beynəlxalq Təşkilatların mükafatlarına layiq görülmüş bir insandır. Və onun həm mövqeyi, həm statusu, həm yaşı ona imkan verir ki, O, lazım bildiyi vaxtlarda həm hakimiyyət, həm müxalifət düşərgəsi ilə görüşsün, məsləhətlər versin. Və gələcəkdə də belə olacaq.
Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti, onun sədri -Novella xanım Cəfərovanın Azərbaycan Dövlətçiliyinin müstəqilliyi və Azərbaycan xalqının rifahı uğrunda apardığı mübarizədə siyasi mövqeyini dəstəkləyir , onun sözün əsl mənasında böyük hərflərlə hüquq müdafiəçisi olması ilə fəxr edir».