
Bir az zaman tanıyın
Daxili hüquq çərçivəsində verilmiş qərar hamı üçün presedentdir
Daxili hüquq çərçivəsində verilmiş qərar hamı üçün presedentdir
234 min kompensasiya və bəraət
... Yaxud Mehman aksiyasının yekunu
Avropa Şurasının baş katibi İlqar Məmmədovun azad olunması barədə
Partiya sədrləri İlqar Məmmədovun azadlığa buraxılmasına münasibət bildirdi
Natiq Cəfərli: “Amma ümidimiz var idi”
Şəki Apellyasiya məhkəməsi hakiminin qərarı ilə REAL sədri ...
REAL lideri elektron bilərzikdə gəzmək niyyətində deyil
Qurum ReAl sədrinin «Ədalət mühakiməsi hüququ» pozulduğu qənaətinə gəlib
Hüquq müdafiəçilərinin siyahısındakılardan 7-i əfvə düşdü
Tanınmış QHT rəhbəri «Ermənistan-Azərbaycan Sülh Platformasına» qoşuldu
Novella Cəfərova Xədicə İsmayıla qarşı bərk əsəbləşdi, bəyanat verdi
«İnandırım ki, daha sərt təkliflər vardı»
Erkin Qədirli hərəkatın rəhbərliyindən uzaqlaşdırıldı
Rusiya əleyhinə qətnamə səsverməyə çıxarılır, ölkəmiz seçim etməlidir
«Iqtidarda öz dövlətinə və dövlətçiliyinə sadiq insanlar hansı təriqətin üzvü ola bilərlər?»
Bir neçə saat əvvəl eyni vaxtda bir neçə mənbədən ReAL hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad olunması haqda xəbər yayılıb. Bu barədə virtualaz.org-un redaksiyasına hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfərova və Dilarə Əliyeva məlumat veriblər.
Ancaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri virtualaz.org-a bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil və İlqar Məmmədov 2 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdə davam edir.
Qeyd edək ki, İ.Məmmədovun azad olunması haqda xəbər verən hüquq müdafiəçilərinin məlumatına görə, Avropa Şurasının baş katibi Turbern Yaqland Azərbaycanın Avropa Şurasından çıxarılması prosesinə başlamaq niyyətindədir və məhbusun azad olunmasını tələb edir.
Xatırladaq ki, Ağır Cinayətlər üzrə Şəki Məhkəməsi 17 mart 2013-cü ildə İsmayıllıdakı məlum qarışıqlıqların təşkilinə və orada iştirakına görə 18 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib. ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il həbs cəzası alıb.
Beynəlxalq təşkilatlar, həmçinin ABŞ hökuməti və Avropa Birliyi İ.Məmmədovun azad olmasında təkid edirlər. Müvafiq qərar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul edilib.