
Bir az zaman tanıyın
Daxili hüquq çərçivəsində verilmiş qərar hamı üçün presedentdir
Daxili hüquq çərçivəsində verilmiş qərar hamı üçün presedentdir
234 min kompensasiya və bəraət
... Yaxud Mehman aksiyasının yekunu
Avropa Şurasının baş katibi İlqar Məmmədovun azad olunması barədə
Partiya sədrləri İlqar Məmmədovun azadlığa buraxılmasına münasibət bildirdi
Şəki Apellyasiya məhkəməsi hakiminin qərarı ilə REAL sədri ...
REAL lideri elektron bilərzikdə gəzmək niyyətində deyil
Qurum ReAl sədrinin «Ədalət mühakiməsi hüququ» pozulduğu qənaətinə gəlib
İki kinoteatr və bir mədəniyyət mərkəzi
İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı
Sözçülərin deməsindən başa düşmək olar ki, bu payız siyasi ab-hava çox «isti» keçəcək
Hüquq müdafiəçilərinin siyahısındakılardan 7-i əfvə düşdü
ReAl üzvü müxalifətə sataşdı: «Ucuz qiymətə də gedirlər»
Hərəkat rəsmisi Erkin Qədirliyə qoyulan embarqonun şərtlərini açıqladı
«İnandırım ki, daha sərt təkliflər vardı»
Erkin Qədirli hərəkatın rəhbərliyindən uzaqlaşdırıldı
REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədov bu gün azadlığa buraxılır. Şəki Apelyasiya Məhkəməsində keçirilən prosesdə hakim Gündüz Abbasovun qərarıyla İ.Məmmədovun üzərindən həbs qərarı şərti cəza ilə olsa da götürülüb.
Qərara əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub.
REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlaması zamanı deyib ki, bununla bağlı bir azdan detallar bəlli olacaq:
“Bundan sonra rəsmi açıqlamamız da olacaq. Uzun bir qərardır. Amma əsas odur ki, İlqar Məmmədov artıq azad ediləcək, ailəsinin, dostlarının yanında olacaq. Biz bəraət alınana kimi hüquqi prosedurları davam etdirəcəyik. Çünki İlqar Məmmədovun heç bir günahı yoxdur, bunu hamı bilir. O, bəraət almalıdır və tamamilə məhkumluqdan, cəzadan azad olmalıdır. Təbii ki, son illərin ən xoş xəbəri oldu. Ümid edirəm ki, tezliklə İlqar Məmmədov özü mətbuatla əlaqə saxlayıb açıqlamalar verəcək”.
N.Cəfərli qeyd edib ki, İlqar Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi: “Əslində İlqarın azadlığa çıxacağı ilə bağlı ümidlər var idi. Avropa İnsan Hüquqları üzrə məhkəməsinin də iki qərarının yerinə yetirilməsi istiqamətində Azərbaycan üçün şərtlər qoyulmuşdu. Təbii ki, İlqar Məmmədovun bu gün azadlığa çıxacağını gözləmirdik. Yaxın günlərdə olacağına ümidlər var idi”.
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.