
Parlament seçkiləri də erkən keçiriləcək?
Konstitusiyaya edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması zərurətə çevrilib
Konstitusiyaya edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması zərurətə çevrilib
Sərdar Cəlaloğlu: «Bizi qınamağa haqlarıı yoxdur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
AMİP-dən Aslan İsmayılova sərt cavab
Pənah Hüseynin təklifinə müxalifətdən reaksiyalar gəldi
Ələsgər Vəliyev: «... Apardığı iqtisadi siyasət uğurlu olmadı»
«Hökumət təcili antiböhran proqramını elan etməlidir»
«Heydər Əliyev müstəqilliyi müdafiə edəndə kommunistlər arxasınca getmədi»
Əli Kərimli haqqında indiyə kimi bilinməyən sirrlər
«Daha heç kimə deyə bilməyəcəklər ki, Elmanı yığışdırın»
«İctimaiyyət də girovları müdafiə etməlidir»
«25 illiyi qeydetmə haqqı istənilən insanda var»
Partiyalardan «siyasi məhbus» etirazı
KXCP rəsmisi Düşüncə Mərkəzi haqda mətbuatdan eşidib
«Fikirlərimiz üst-üstə düşdü»
«Qafqaz regionunun açarı Ermənistanın əlindədir»
Bu gün Azərbaycanda fəaliyyət göstərən kifayət qədər siyasi partiya var. Onların fəaliyyəti dırnaqarasıdır ya yox, bu, ayrı məsələ. Lakin hər bir partiyanın öz nizamnaməsi var və buna uyğun olaraq siyasi partiyaların müəyyən müddətdən bir qurultayları keçirilməlidir.
Bəs partiyalar qurultay keçirilməsini nə zamana planlaşdırır?
Modern.az bu sualla bir neçə partiyaya müraciət edib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: «Partiyamızın qurultayı nizamnaməmizdə nəzərdə tutulandan iki dəfə artıq keçirilib. Biz qurultayları beş ildən bir keçirməliyik. Nəzərə alsaq ki, partiyamız 30 ildən çoxdur fəaliyyət göstərir, altı qurultay keçirməli olduğumuz halda 13 qurultay keçirmişik. Amma son qurultayımızın üstündən xeyli zaman keçib.
Məsələn, bizim əvvəlki qurultaylarımızda Ədliyyə Nazirliyinə göndərdiyimiz protokollar qeydiyyatdan keçməyib. Nazirlik bununla bağlı bizə nə müsbət, nə də mənfi cavab verib. Halbuki onlar keçirdiyimiz qurultayların nəticələrini təsdiq etməlidir ki, bunun əsasında yeni qurultaya hazırlaşaq».
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu: «Klassik Xalq Cəbhəsi Partiyasının qurultay müddəti artıq məlumdur. Nizamnaməyə uyğun olaraq gələn il qurultay keçirilməlidir».
REAL hərəkatının sözçüsü (icraçı katibi) Natiq Cəfərli: «Qurultayla bağlı demək olar ki, əsas hazırlıqlar bitib. Bölgələrdə məclislərin təsis olunması yekunlaşmaq üzrədir. Təəssüf ki, yay aylarında siyasi aktivlik müşahidə olunmur. Çox güman ki, ilin sonuna qədər payız aylarında qurultayla bağlı qərarımız olacaq və vaxt təyin ediləcək».
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sözçüsü (siyasi şuranın üzvü) Əli Orucov: «Qurultayın nə zaman keçirilməsi ilə bağlı hər hansı məlumat yoxdur. Sadəcə texniki işlər qalıb. Nizamnaməyə əsasən üç ildən bir qurultay keçiririk. Müəyyən səbəblərdən partiyanın sədr yeri boş qalarsa, yaxud vacib məsələlər olarsa, fövqəladə qurultaylar keçirilə bilər. Partiyanın qurultayının keçirilməsi isə müzakirələrdən asılıdır».
Ümid Partiyasının sədri İqbal Ağazadə: «Partiyanın qurultayı gələn il üçün nəzərdə tutulub və namizəd də həmin zaman müəyyən ediləcək. Qurultaya hazırlıq gedir. Sonuncu qurultayımız 2013-cü ildə keçirilib. Qeyd edim ki, partiyanın qurultayı beş ildən bir təşkil olunur».
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan: «Partiyanın qurultayını bu il üçün planlaşdırırıq».
Müsavat Partiyasının sözçüsü (mərkəzi icra aparatının rəhbəri) Gülağa Aslanlı: «Nizamnamənin tələbinə əsasən partiyamızın qurultayı dörd ildən bir keçirilməlidir. Yalnız hakimiyyət şərait yaratdığı halda qurultay keçiriləcək».