
Şəffaflıq istəmirdiniz?
Bu mənzərə dünyanın bir çox sivil ölkələrində var
Bu mənzərə dünyanın bir çox sivil ölkələrində var
Avropa Şurasının baş katibi İlqar Məmmədovun azad olunması barədə
Partiya sədrləri İlqar Məmmədovun azadlığa buraxılmasına münasibət bildirdi
Natiq Cəfərli: “Amma ümidimiz var idi”
Şəki Apellyasiya məhkəməsi hakiminin qərarı ilə REAL sədri ...
İki kinoteatr və bir mədəniyyət mərkəzi
Sözçülərin deməsindən başa düşmək olar ki, bu payız siyasi ab-hava çox «isti» keçəcək
ReAl üzvü müxalifətə sataşdı: «Ucuz qiymətə də gedirlər»
«Qrantz kəsilməsin deyə Erkini də təşkilatdan «uzaqlaşdıran» ...»
Hərəkat rəsmisi Erkin Qədirliyə qoyulan embarqonun şərtlərini açıqladı
«İnandırım ki, daha sərt təkliflər vardı»
«2015-ci ili gözləmək niyyətində deyilik»
Dünən Respublikaçı Alternativ (ReAl) Hərəkatının İdarə Heyətinin iclası keçirilib. İclasda partiyalaşmayla bağlı məsələlərlə yanaşı, ReAl Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub.
Qeyd olunub ki, əvvəlki iclaslarda
edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını
düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də, təklif edilib ki, Erkin Qədirli
ReAl Hərəkatının Məclis Başkanı və İdarə Heyətinin üzvü vəzifələrindən
çıxarılsın. Bu təklif REAL Hərəkatının İdarə Heyətinin Sədri, İlqar Məmmədova
da öncədən göndərilib.
İlqar Məmmədov həbsdə olduğundan, İdarə
Heyətinin müzakirələrində və səsvermələrində iştirak edə bilmir. Amma bu
məsələylə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb. İlqar
Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərar qəbul edib. Erkin
Qədirli Məclis Başqanı vəzifəsindən azad edilib. Lakin o, İdarə Heyətinin üzvü
kimi fəaliyyətini davam etdirəcək, amma onun İdarə Heyətində səs vermək, eləcə
də REAL Hərəkatının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrinə
müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılacaq.
Bəyanatda deyilir: «İdarə Heyəti REAL
Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl
atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır
ki, hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə
zidd hərəkətləri edən heç bir üzvünə güzəştə getməyəcək. REAL Hərəkatı
demokratiya uğrunda çalışan və özündə demokratiyanı yaşadan siyasi təşkilatdır
və şəxsi nüfuzundan asılı olmayaraq bütün üzvlərimiz demokratik dəyərlərə
hörmət etməli və onlara sadiq qalmalıdır.
REAL Hərəkatı yarandığı ilk gündən ölkədə həqiqi Cümhuriyyətin bərpasına, insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin bərqərar olmasına, Avroatalntik məkanın bölüşdüyü fundamental bəşəri dəyərlərin cəmiyyətdə təbliğinə əzmlə çalışıb, fəaliyyətinin bütün istiqamətlərini məhz bu dəyərlər üzərində qurub. Hərəkatın rəsmi mövqeyini ifadə edən proqram sənədlərində bütün bu prinsiplər öz əksini hərtərəfli şəkildə tapıb. REAL Hərəkatı ilk gündən kollektiv kimlik, kollektiv idarəetmə prinsiplərini ölkə siyasətinə gətirməyə və bu qavramların siyasi dilə oturmasına çalışıb. Bir daha bəyan edirik ki, yalnız REAL İdarə Heyəti adından yayılan bəyanatlar, sənədlər, açıqlamalar Hərəkatımızın rəsmi mövqeyi sayılmalıdır».