vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
12:14 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 3193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gülməlidir...»

Deputat Leyla Yunusu ələ saldı

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Leyla Yunusun hüquq müdafiəçiliyi ilə məşğul olması ümumiyyətlə gülməlidir». «3-5 nəfər gəlib desin ki, Leyla Yunus hüquq müdafiəçisi kimi onların hər hansı bir probleminin həllində kömək olub. Belə bir adam tapa bilməzsiniz». Bunu AzVision.az-a açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.


L.Yunusun rəhbərlik etdiyi təşkilatın nəzdində Repressiyalara qarşı müqavimət mərkəzi yaratmasına münasibət bildirən deputat onun haqsız tənqidlərinə cavab verib.

«O, siyasi divident əldə etməyə çalışır. Yeri gələndə isə özünün əzabkeş hüquq müdafiəçisi obrazını yaratmaqla məşğuldur.

Ölkədə Çingiz Qənizadənin də daxil olduğu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu hər gün ayrı-ayrı regionlardan insanları qəbul edir, onların problemləri ilə məşğul olur. İşdən sonra ofisimizdə insanları qəbul edirik. Bəlkə də yüzlərlə insana sevinc bəxş etmişik».

Millət vəkili L.Yunusun fikirlərinin qərəzli olduğunu diqqətə çatdırıb.

«Bir qrup hüquq müdafiəçisi – Novella xanım, Səadət xanım, mən və son vaxtlar Arzu xanım da müəyyən məsələlərdə ehtiyatla davranırıq. Leyla Yunus isə ona müraciət edən hər kəsi siyasi məhbus adı ilə siyahıya salmaqla məşğuldur. Təbii ki, biz buna yol verə bilmərik. Biz həqiqəti həm yerli, həm də beynəlxalq təşkilatlara çatdırırıq. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu 30 nəfərlik siyahı təqdim edirsə və onun bir neçəsi bu gün əfv fərmanına düşürsə, yerdə qalanları ilə bağlı da fəaliyyətimizi davam etdirəcəyik. 130 nəfərlik siyahıya gəlincə isə bu məsələni Avropa Şurasında da müzakirə etdik. Bu yaxınlarda yenə Avropa Şurasına ziyarət edəcəyik və yenə də məsələlər müzakirə olunacaq. Əgər biz dini fəaliyyətlə məşğul olan şəxslərin adını siyasi məhbus siyahısına salırıqsa, bu, yerdə qalanların müdafiəsi üçün çətinlik yaradır».

Ç.Qənizadə hesab edir ki, Leyla Yunusun hüquq müdafiəçisi kimi fəaliyyət göstərməsi gülünc doğurur:

«Heç vaxt haqqı nahağa vermək olmaz. Biz bu gün haqqı olanların azadlığa çıxmasına çalışdığımız halda 80-90 nəfərin də onlara yamanaraq cəmiyyətə təqdim edilməsi yolverilməzdir. Leyla Yunusun hüquq müdafiəçiliyi ilə məşğul olması ümumiyyətlə gülməlidir. Çünki bu adam daha çox siyasətlə məşğuldur. Hesab edirəm ki, onun fəaliyyətinin hər hansı bir parametri hüquq müdafiəçilərinin fəaliyyəti ilə üst-üstə düşə bilməz. Çünki onda daha çox radikalizm, dövlətə və hakimiyyətə nifrət, qərəz var».