vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
16:31 | 25 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 1589 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eks prezident məhkəməyə verilir

Parlament Haaqaya müraciət etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Ali Radası Hollandiyanın Haaqa (Den Haag) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək, keçmiş prezident Viktor Yanukoviçin insanlığa qarşı cinayət törətmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

APA-nın «Ukrainskaya pravda» saytına istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə xüsusi bəyanat qəbul olunub. Sənədin lehinə 324 deputat səs verib.

«Bəyanatın qəbulu Ukrayna ərazisində 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın sonlarına qədər insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı məsələdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımağa əsas verir», - deyə bəyanat əlavə olunan izahatda bildirilir.

Məsuliyyətə cəlb olunması istənilən şəxslər sırasında keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, keçmiş baş prokuror Viktor Pşonka və digər sabiq vəzifəlilər də var.

Bəyanatda o da vurğulanır ki, Ukrayna Baş Prokurorluğunda aparılan istintaqın gedişində müəyyənləşdiriləcək siyahıya yeni adlar əlavə olunacaq.