vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:08 | 26 fevral 2014 | Çərşənbə Məqaləyə 1661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin müharibəyə başlayır?

Rusiya prezidenti ordunu ayağa qaldırdı, bütün qoşun növlərinə həyəcan siqnalı verildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putin çərşənbə günü Müdafiə Nazirliyinə Qərbi və Mərkəzi Hərbi dairələrin qoşun və qüvvələrinin, eləcə də bəzi qoşun növlərinin döyüş hazırlığının qəfil kompleks yoxlanışını aparmağı tapşırıb. Trendin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

S.Şoyqu Müdafiə Nazirliyinin iclasında deyib: «Rusiya Federasiyası Prezidentinin sərəncamına uyğun olaraq, bu gün saat 14:00-da Qərbi Hərbi Dairənin qoşunları, eləcə də onun tərkibindəki birləşmə və hərbi hissələr, Mərkəzi Hərbi Dairənin ikinci ordusu, Hava-Kosmik Müdafiə komandanlığı, Hava-desant qoşunları, Uzaq və Hərbi-nəqliyyat aviasiyası həyəcan siqnalı ilə ayağa qaldırılıb».

Onun sözlərinə görə, V.Putin ölkənin hərbi təhlükəsizliyi üçün təhdid yaradan, eləcə də antiterror, sanitar-epidemioloji və texnogen xarakterli vəziyyətlərin həlli zamanı qoşunların döyüş qabiliyyətinin yoxlanılmasını tapşırıb.

Yoxlama fevralın 26-dan martın 3-dək iki mərhələdə həyata keçiriləcək.