Sahibkarın istintaqı yekunlaşdı
Prokurorluq cinayət işini məhkəməyə göndərdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni cəza növü - elektron bilərzik...
Əliməmməd Nuriyev: «Alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir»
-
Cinayət Məcəlləsində kompleks dəyişiklik
Azərbaycanda 80 cinayət üzrə həbs cəzası ləğv edilir
-
Əli İnsanov daha 7 il həbsdə qalacaq
4000 gün təcridxana həyatının üzərinə daha 2560-ı əlavə olundu
-
Evdə döyülmə artıq kriminal sayılmır
Ailə zorakılığı Rusiyanın Cinayət Məcəlləsindən çıxarıldı
-
Artan avtobus qəzaları
20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol
-
Dövlət sirrini yayanlar sərt cəzalandırılacaq
«Müharibə şəraitində olduğumuzdan heç bir halda ...»
-
Ağır, az ağır, yüngül ...
Nəsil törətmə qabiliyyətinin itirilməsi ağır xəsarət sayılacaq
-
Hökumət küçə davalarını leqallaşdırır?
Cəmi 300 manata başqasını şil-küt eləməyə icazə verildi
-
«Avtoş» maşınları müsadirə ediləcək
Bahalı və riskli əyləncələr qanunvericilikdə düzəlişlərə səbəb olur
-
«Ayla» Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla MTK-nın təsisçisi Əli Abışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativin baş mühasibi Əhliman Verdiyevlə birgə kooperativin Suraxanı rayonu ərazisində inşa etdiyi yaşayış binasının 37 sakinindən binaya təbii qazın verilməsini, həmçinin mənzillərə mülkiyyət hüququna dair sənədlərin alınmasını vəd edib aldadaraq toplanmış 77 min 595 manat məbləğində pul vəsaitinin 60 min 297 manatını ələ keçirib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Əli Abışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Əhliman Verdiyevə isə həmin məcəllənin 32.5, 178.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.